Dubayda İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında kitab təqdim olunub
Tarix: 22.11.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulu Pərviz İsmayılzadə Dubay İctimai Kitabxanasının baş ofisində görüş keçirərək, Azərbaycan Prezidenti İlham Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında Graeme H. Uilsonun müəllifi olduğu “İlham Portrait of a President” kitabını təqdim edib.
 
Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki Baş Konsulluğunun yaydığı məlumata görə, görüşdə Dubay İctimai Kitabxanasının baş direktoru Səid Əl Nabouda, müşavir Saleh Əl Qassim, direktor Hissa Əhməd bin Masud, mütəxəssis Əbdülrəhman İbrahim Yunis iştirak edib.
 
Baş konsul Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə  etmiş, həmçinin siyasi, iqtisadi, turizm, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
 
Baş direktor Səid Əl Nabouda Baş konsul ilə görüşməkdən məmnunluğu ifadə edərək, kitabın təqdimatını yüksək qiymətləndirib, Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, dünyada böhran və müharibələrin baş qaldırdığı bir dövrdə Azərbaycanı çiçəklənən diyara çevirməsi haqqında qiraət etməyin oxucular üçün xüsusilə maraqlı olacağını vurğulayıb.
 
Baş konsulun kitab haqqında ümumi məlumat verməsindən sonra, Hissa Əhməd bin Masud kitabxananı əlavə olaraq daha yüz ədəd təmin etmələrini xahiş edib.
 
Baş konsul kitabxananın istəyini müsbət qarşılayaraq, yaxın günlərdə bu xahişin yerinə yetiriləcəyinə söz verib.
 
Görüşdən sonra qədim əlyazmalar, onlayn müraciət və axtarış, 1963-cü ilə aid kitabxana haqqında ilk rəsmi məktub və digər bölmələr ilə tanışlıq xarakterli tur təşkil olunub.
 
Görüşün sonunda hər iki tərəf gələcək əməkdaşlığın perspektivlərinə dair yekun müzakirələr aparıb, Baş konsulluğun təşkil edəcəyi tədbirlərdə Dubay İctimai Kitabxanasının idarə heyətinin nümayəndələrinin, Baş konsulluğun əməkdaşlarının isə Dubay İctimai Kitabxanasının tədbirlərinə qatılacağına dair razılıq əldə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info