Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tarix: 22.11.2017 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, prof.dr Turan Yazqanın vəfatından beş il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində keçirilib. Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hocanın və Makedoniyadan gəlmiş digər qonaqların, Türk Dünyası İşlətmə fakültəsinin baş müəllimi Nəriman Xanəhmədovun, KİV təmsilçilərinin, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Turan Yazqanın  xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. 
Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl mərhum Turan Yazqanla bağlı xatirələrini dilə gətirib. Turan Yazqanın türklük sevdalısı olduğunu bildirən liseyin müdiri bu məktəbin də onun bir yadigarı olduğunu deyib.
Çıxış edən TDAV başqanı Közhan Yazqan "Rəhmətlik Turan Yazqan hocamızın xüsusi bir önəm verdiyi, "göz bəbəyim" adlandırdığı Bakı Atatürk Liseyində onun xatirəsinə həsr olunmuş tədbirdə çıxış etmək məndə qürur və həyəcan doğurur" deyib.
Közhan Yazqan bildirib ki, Turan Yazqan həyatını türklüyə, Türk dünyasına həsr etdi. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir: "Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və Mustafa Kamal Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərini özünə bayraq edərək mücadiləsini bu istiqamətdə davam etdirib. Turan birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı, həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Yəni, bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir türk gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır".  Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hoca isə "Rəhmətlik Turan hocamız həyatını Türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də Turan hocanın yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq" deyib. Tədbir Turan Yazqana həsr olunmuş videofilmin nümayişi və liseyin şagirdləri tərəfindən türklüyə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdirilib. Sonda lisey şagirdləri arasında Turan Yazqana həsr olunmuş inşa müsabiqəsinin qalibi mükafatlandırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info