Göyçayda yeni avtovağzal kompleksi tikilir
Tarix: 22.11.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda yeni avtovağzal binasının inşasına başlanılıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı köhnə və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində ikimərtəbəli müasir kompleks tikilir.
Avtovağzalın müdiri Sənan Şirəliyev AZƏRTAC-a bildirib ki, rayon icra hakimiyyətinin sifarişi və yaxından köməkliyi ilə 5500 kvadratmetr ərazidə aparılan tikinti işlərinə 3 ay əvvəl başlanılıb. İndiyədək hörgü işləri başa çatdırılıb, hazırda binada təmir-quraşdırma işləri görülür. Müasir arxitektura üslubunda inşa olunan yeni avtovağzalın inzibati binasında və eyni vaxtda 15 avtobusun dayanması üçün tikilən perronda nümunəvi xidmət üçün lazımi şərait yaradılacaq. Perronda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları da quraşdırılacaq.
İnşaat işləri “Əlifarm” MMC tərəfindən görülür. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Göyçay şəhərinə yeni görkəm verəcək bina ən müasir şəraiti ilə rayona gələn qonaqların zövqünü oxşayacaq. Avtovağzal kompleksində xidməti otaqlarla yanaşı, sərnişinlərin rahatlığı üçün gözləmə zalı, ictimai-iaşə obyekti, tibb məntəqəsi, ana və uşaq otağı, ibadət otağı fəaliyyət göstərəcək. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa ediləcək, yaşıllıq sahəsi yaradılacaq.
Qeyd edək ki, Göyçay avtovağzalından Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və digər rayonlar istiqamətində, eləcə də Göyçayın kəndlərinə hər gün 60-a yaxın sərnişin avtobusu yola düşür.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info