BSU-da “Baxış bucağı” debatı keçirilib
Tarix: 22.11.2017 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Azərbaycan gəncləri gələcəyimiz naminə” layihəsi çərçivəsində “Baxış bucağı” debatlar silsiləsindən növbəti tədbir noyabrın 21-də keçirildi.
Bakı Slavyan Universitetində keçirilən “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda debatda BSU-nun və  Azərbaycan Turizm və Menecment Universitetinin komandaları qarşılaşdı.
Daha öncəki debatlarda BSU komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı Dövlət Universitetinin komandaları ilə qarşılaşmışdı.
AVCİYA-nın əməkdaşı İradə Yaqubova təmsil etdiyi qurumun son layihələri ilə bağlı məlumat verdi və debatın şərtləri ilə bağlı iştirakçıları bilgiləndirdi.
Tədbirin moderatoru Orxan Cabbarlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında məhz gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü söylədi və bu tədbirin onların məsuliyyəti necə daşıdıqlarını, onun öhdəsindən hansı səviyyədə gələ bildiklərini müəyyənləşdirəcəyini bildirdi.
Bakı Slavyan Universiteti komandasının kapitanı Tural Comərdoğlu Azərbaycan gənci öz üzərinə düşən vəzifənin öhdəsindən tam həcmdə gələ bilmədiyini vurğulamaqla yanaşı, bu istiqamətdə müəyyən işlər görən gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin fəaliyyətini qeyd etdi.
Azərbaycan Turizm və Menecment Universitetinin komandasının kapitanı Qoşqar Rzayev gənclərin bəzilərinin xaricdə yaşamağa və işləməyə can atmasını mənfi hal kimi dəyərləndirdi.
Nilufər  Hacızadə (BSU) “Qarabağ” futbol klubunun Avropadakı çıxışını gerçəkliklərimizin təbliği istiqamətindəki rolunu qabartdı.
Jalə Qasımova (ATMU) Azərbaycan gəncliyinin saxta “erməni soyqırımı”nın ifşasında passiv olduğunu bildirdi.
Umleyla Nuri (BSU) AVCİYA-nın ötən il Ağ Ev administrasiyasına ünvnladığı petisiyasında və cari ildə körpə Zəhranın erməni atəşi ilə öldürülməsinə etiraz petisiyasında gənclərin rolundan bəhs etdi.
Aytəkin İsmayılova (ATMU) Azərbaycan mədəniyyəti incilərinin müxtəlif xalqlar tərəfindən mənimsənilməsi ilə mübarizədə gənclərin seyirçi rolu ilə barışmadığını qeyd etdi.
Daha sonra iştirakçılar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu ilə bağlı öz təkliflərini səsləndirdilər.
Debata yekun vuran ekspertlər – ATMU-nun əməkdaşı Lətif Kəngərli, BSU-nun əməkdaşları – dosent Hacı Rauf, dosent Alpay Əhmədov müzakirələrdə gənclərin fəallığından razı qaldıqlarını, amma bəzən mühakimələrdə dərinə getmədiklərini qeyd etdilər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info