Türkdilli ölkələrin diaspor təşkilatları arasında ortaq fəaliyyət strategiyası imzalanıb
Tarix: 15.05.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Ankarada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin II toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin sədr müavini Bəkir Bozdağın ev sahibliyi ilə keçən toplantıya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor təşkilatlarının rəhbərləri qatılıb. Toplantıda Azərbaycan tərəfini Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev təmsil edib.

İclasda "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın əhəmiyyəti vurğulanıb. İlk çıxış edən Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamentinin rəhbəri Kemal Yurtnaç bu toplantının indiyədək keçirdikləri iclasların ən önəmlisi olduğunu, onun əhəmiyyətinin qarşıdakı illərdə aydın olacağını deyib: "Xüsusilə türk dünyasındakı ölkələrlə bu addımı atmağı çox vacib sayırıq. Özbəkistan və Türkmənistanın da sıramıza qatılacağına inanıram".
Toplantıda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Valeh Hacıyev də türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diaspor altında birləşməsinin vacibliyini vurğulayıb. O deyib ki, soydaş xalqların ortaq fəaliyyəti onların güclü addımlarla irəliləməsini, gələcəkdə türk xalqlarının fərqli mövqedə yer almasını təmin edəcək. Valeh Hacıyev Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakıda keçirilməsini də Azərbaycanın bu məsələni əhəmiyyətli hesab etməsi ilə əlaqələndirib.
Toplantıya sədrlik edən Bəkir Bozdağ da iclasın əhəmiyyətini vurğulayaraq deyib ki, diasporların xaricdə birgə fəaliyyəti bir çox məsələlərin həllində önəmli rol oynayacaq: "Türk respublikaları öz aralarındakı əlaqələri fərqli məcraya yönəltməlidirlər. Əlaqələrimizi daha məhsuldar bir mövqeyə gətirməyə qərarlıyıq. Bu səbəbdən bu addımın daha ciddi bir əhəmiyyəti olduğunu düşünürəm. Dost və qardaş ölkələrlə birlikdə atdığımız addımlarımız kimi Türkiyə Cümhuriyyəti olaraq da atdığımız ciddi addımlarımız var. Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar Departamenti də bu məqsədlərə xidmət edir. Qurum xaricdəki bütün soydaşlarımızla olan əlaqələrimizi daha fərqli nöqtəyə gətirmək üçün fəaliyyət göstərir. Ortaq olan mədəniyyətimizi daha da ön plana çıxardıqca aramızdakı əlaqələrin fərqli bir yöndə olacağına inanıram. Bu istiqamətdə hər cür fəaliyyəti hökumət olaraq dəstəkləyəcəyik".
Sonra Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında "Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası" imzalanıb. Toplantı çərçivəsində iyunun 21-də Bakıda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun proqramına dair müzakirələr də aparılıb. Qərara alınıb ki, forumda ümumi iclasdan əlavə üç istiqamətdə - Amerika, Kanada; Avropa; Asiya və MDB üzrə panel müzakirələr də təşkil olunsun.
Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin ilk iclası bu il yanvarın 24-25-də Bakıda keçirilib.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyə və Yunanıstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22.05.2019
Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb
22.05.2019
Ermənilər işsizliyi ölkədənin ən ağrılı problemi hesab edirlər
22.05.2019
Ankara Rusiyaya hərbçilər göndərir: S-400-lərin istifadəsini öyrənəcklər
22.05.2019
Türkiyə 22 adda ABŞ mallarına rüsumu iki dəfə azaldıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info