Dünyada 71 milyon gənc işsizdir
Tarix: 22.11.2017 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatının (ILO) Cenevrədə açıqladığı hesabatda, dünyada işsizlik nisbətləri haqqında məlumatlar verilib. ILO-nun məlumatına görə dünyada 15-24 yaş qrupunda 70 milyon 900 min işsiz insan var.
2018-ci ildə 200 min gənc qadın və kişinin işsizlər sırasına qatılacağını bildirən ILO, 2030-cu ilə qədər daha 26 milyon gəncin işsiz olacağını qeyd edib. Hesabata görə dünyada ən çox gənc işsizlərin 30 faizlə ərəb ölkələrindədir.
Beynəlxalq Əmək Təşkilatına görə işsizlər ölkələrində iş tapa bilmədikləri halda, başqa ölkələrə köçməyə cəhd göstərirlər. Bu vəziyyətdən həm köçün olduğu, həm də miqrasiya ölkələri faydalanır. Qaçqınların köç etdikləri ölkədə iş tapdıqları halda, sosial sistemin maliyyələşdirilməsinə və ölkədə istehsalın artmasına təsir göstərdiyini qeyd edən ILO hesab edir ki, köçkünlərin tərk etdikləri ölkədəki yaxınlarına maliyyə yardımı etməsi səbəbilə həmin ölkə də vəziyyətdən faydalanır.
Başqa ölkələrə köçən gənc əhalinin 44,3 faizi Afrikanın cənubundakı ölkələrdəndir. Həmin regionu Şimali Afrika, Cənubi Amerika, Karib hövzəsi və Şərqi Avropa ölkələrindən olan gənclər təqib edirlər. Amerikanın şimalında yaşayan gənclərin 17,1 faizi digər ölkələrə köçmək istəyir.
Beynəlxalq Əmək Təşkilatı hökumətlərin gənc işsizlərin problemini həll etməsini istəyir. Təşkilat, gənclərə daha çox peşə təhsili imkanlarının və yaxşı maaşlı iş yerlərinin yaradılmasının vacibliyini vurğulayıb və gənc nəsil üçün cəlbedici sektorların səhiyyə, otel və aşpazlıq, informasiya, maliyyə xidmətləri və pərakəndə satışın olduğu göstərilib. Qeyd edək ki, 2009-cu ildəki qlobal maliyyə böhranı zamanı gənc işsizlərin sayı 77 milyona çataraq rekord qırmışdı.
5-17 yaş arası 218 milyon uşaq işçi olaraq çalışır
Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatına görə, 5-17 yaş arası 218 milyon uşaq işçi olaraq çalışır. ILO-nun hesabatına görə, ağır şərtlər altında geniş şəkildə uşaq əməyindən istifadə edən ən böyük sektor qəhvə sənayesidir. Kolumbiya, Tanzaniya, Keniya, Uqanda, Meksika, Nikaraqua, Dominikan Respublikası, Honduras, Panama, Salvador, Qvineya və Fildişi Sahilində uşaqlar qəhvə çəyirdəklərinin toplanması işinə cəlb edilirlər. Bundan başqa, bütün dünyada pambıq yığımına uşaqların cəlb edilməsi kimi faktlar var. Lakin Fildişi Sahili kimi 3 milyon insanın dolanışığı və iqtisadiyyatının pambıq yığımından asılı olduğu ölkələrdə bu nisbət daha yüksəkdir. Pambıq Kampaniyası adlı təşkilata görə, uşaqların, bəzən məcburi şəkildə pambıq sektorunda çalışdırıldığı Özbəkistan və Türkmənistan kimi ölkələr üçün də bu vəziyyət böyük bir problemdir.
ABŞ Əmək Təşkilatının məlumatına görə, 15 ölkə inşaat layihələri üçün kərpic istehsalı sahəsində uşaq işçilərdən istifadə edir. Bu ölkələr arasında Çin, Argentina, Braziliya, Ekvador, Şimali Koreya və Peru da var.
Kamboca və Banqladeş geyim sektorunda ağır iş şəraiti ilə tanınır. Lakin tekstil sənayesində dünyanın bir çox yerlərində uşaq əməyindən istifadə edilir.
Qvatemala, Filippin və Kamboca kimi ölkələrdə uşaq əməyindən şəkər qamışı toplanmasında istifadə edilir. ILO-nun araşdırmasına görə, 7 yaşındakı filippinli uşaqlar şəkər qamışı istehsalında çalışdırılır.
ILO hesabatına əsasən, tütün sənayesi uzunmüddətli iş saatları, yüksək temperatur, zəhərli kimyəvi maddələr, ağır yüklərin daşınması və heyvanların hücum riski ilə bağlı uşaqlar üçün ən zərərli sənaye sahələrindən biridir. Uşaq işçilər tütün sektorunda gündə təxminən 10 saat işlədilir.
Afrikanın bəzi bölgələri, Asiya və Cənubi Afrikada uşaq əməyi, xüsusilə qızıl mədənlərində geniş yayılıb. Bu şəraitdə çalışan uşaqlar həm partlayış riski altındadırlar, həm də kiçik bir qızıl parçası tapmaq üçün saatlarla həyatlarını təhlükəyə ataraq çay yataqlarında işləyirlər. Qızıl sektorunda işləyən uşaqlar çirkli sularla bağlı dizenteriya, meningit və vərəm xəstəliyi riski ilə qarşı-qarşıya qalırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info