Fransız polisi Rusiya senatorunu niyə saxlayıb
Tarix: 22.11.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Fransada saxlanılmış rusiyalı senator Süleyman Kərimov bu ölkəyə diplomatik pasportu olmadan gedib. Bunu Federasiya Şurası aparatındakı mənbə bildirib. “RİA Novosti” agentliyi xəbər verir ki, mənbənin sözlərinə görə, diplomatik pasport senatora yalnız onun xidməti ezamiyyəyə göndərilməsi haqqında əmr olduğu təqdirdə verilir. Belə əmr isə olmayıb. Bir qədər əvvəl Federasiya Şurasının reqlament komitəsindən bildirmişdilər ki, Kərimov Fransaya şəxsi işinə görə gedib. Senator noyabrın 20-də Nitsa aeroportunda saxlanılıb və polis məntəqəsinə aparılıb. Qeyri-rəsmi məlumatların birinə görə, Kərimov vergilərdən yayınmaqda, digərinə görə isə pulların “yuyulmasında” şübhəli bilinir. Senatorun ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyi bildirilir. Diplomatlar onun azadlığa buraxılmasına çalışırlar. Rusiya XİN artıq Fransa tərəfini senatorun diplomatik immunitetə malik olduğu barədə məlumatlandırıb. Süleyman Kərimov Federasiya Şurasının Dağıstandan olan üzvüdür. Bizneslə məşğul olur, “Nafta Moskva” holdinqinə nəzarət edir. O, “Forbes” jurnalının versiyası üzrə ən varlı sahibkarların reytinqində 21-ci yeri tutur.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info