Mladiç ömürlük həbs cəzasına məhkum edilib
Tarix: 22.11.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib. TASS informasiya agentliyi xəbər verir ki, tribunal 74 yaşlı generalı ömürlük həbs cəzasına məhkum edib. Bu barədə müvafiq qərar noyabrın 22-də cinayət işi üzrə sədrlik edən keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın hakimi Alfons Ori tərəfindən elan olunub. Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Beynəlxalq tribunal tərəfindən onun əleyhinə ilk ittihamlar 1995-ci ilin iyulunda irəli sürülüb, bir ildən sonra isə Mladiç beynəlxalq axtarışa verilib. 2011-ci ildə Serbiya tərəfi onu həbs edərək Haaqa Tribunalına təhvil verib. 2012-ci il mayın 16-da Ratko Mladiçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə iclası 530 gün davam edib və burada zərər çəkmiş 169 şahidin və müdafiə tərəfinin 208 şahidinin ifadəsi dinlənilib. verib. General öz təqsirini inkar edib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
18.10.2019
Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info