“Milli şura” yaradanlar bizdən uzaq dursun”
Tarix: 15.05.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Milli Şura yaradanlara xəbərdarlıq edib. "Mayın 28-i saat 11:00-da Məmmədəmin Rəsulzadənin Novxanıdakı heykəli qarşısında tədbir keçirmək istəyirik. “Milli şura” yaradanlar da həmin gün ora gələrək guya “milli şura”nı bəyan etmək istəyirlər. Onlara bildiririk ki, biz olan vaxtı onlar da ora gəlməsinlər, ya 11:00-dan tez gəlib getsinlər, ya da bizdən sonra gəlsinlər", - bu barədə Trend-ə DQMM-də təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
“Milli şura”nın yaradılması prosesinə qarışmaq istəmədiklərini deyən Oruc qeyd edib ki, kim özünü Napoleon elan etmək istəyir, kim Hitler elan etmək istəyir, eləsin: "Bizi o hay-küyə qarışdırmasınlar. Yəni “milli şura” xatasını bizdən uzaq etsinlər". Partiya sədri, həmçinin DQMM-in “milli şura”ya qatılmamaq haqqında qərarını da xatırladıb: "Yəni şəffaf olmayan, maliyyələşdiyi mənbə bəlli olmayan və müxalifəti daha da parçalamağa yönəlmiş, prinsipləri, fəaliyyət metodları bəlli olmayan birliklərdə iştirak etməyi doğru saymırıq".
Qeyd edək ki, indiyə qədər antimilli fəaliyyəti ilə seçilən Rüstəm İbrahimbəyovun, Eldar Namazovun indi cümhuriyyətin yarandığı gündə - 28 Mayda “milli şura” adlı qurum elan edəcəklərini iddia etmələri nəinki prosesləri izləyənlərdə, müxalifətin özündə də qeyri-ciddi və kinayə ilə qarşılanır. Buna münasibətini bildirən müxalifətçilər adları çəkilən adamların sadəcə, şəxsi ambisiyalarına görə “milli” cildinə girməyə çalışdıqlarını iddia edirlər. Bunu isə “tülkünün həccə getməsi” kimi qiymətləndirirlər. Bu baxımdan Ə.Oruc da “milli şura” elan edəcəklərini iddia edənlərə eyni cür münasibət bəslədiyini sərgiləyir. Beləliklə, digər müxaliflər Namazov, İbrahimbəyov kimi şəxslərin bu məsələdə riyakarlığını açıq sezirlər.
İLKİN




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Avtomobilin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
18.12.2018
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb
18.12.2018
İmişlidə 16 min ədəd tut tingi əkilib
18.12.2018
Naxçıvanda miqrasiya sahəsində ardıcıl tədbirlər görülür
18.12.2018
Metronun “İçərişəhər” stansiyasında sosial layihə həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info