İsmayıllıda təlim keçirilib
Tarix: 23.11.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə İsmayıllı rayon Mərkəzi Kitabxanasında “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsi çərçivəsində təlim keçirilib. Bu haqda layihə müəllifi Samir Pənəliyev redaksiyamıza məlumat verib.
Tədbiri giriş sözü ilə İsmayılı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Namiq Kərimov açaraq, ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə çıxış edən fəal gənc Samir Pənəliyev müəllifi olduğu layihə haqqında iştirakçılara məlumat verib. Daha sonra Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Bildirib ki, layihə çərçivəsində Bakı, Gəncə şəhərlərində, eləcə də İsmayıllı rayonunda yaşayan yeniyetmə və gənclər üçün təlimlər təşkil olunub. Təlimlərin məqsədi Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyətini və vətənpərvərliyi təbliğ etmək, yeniyetmə və gənclərə dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı aşılamaqdır.
Təlimçi Pərvin Qasımov iştirakçıların diqqətinə çatdırıb ki, hər bir gənc vətənpərvər olmalı, öz bilik və bacarıqlarından istifadə edərək ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ etməli, bu istiqamətdə səylərini əsirgəməməlidir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Masallı rayon ağsaqqallar Şurasının yığıncağında
20.08.2019
Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir
20.08.2019
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20.08.2019
Bu gündən havanın temperaturu qalxır
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info