Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
Tarix: 23.11.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Ramiz Həsənov: “Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir”

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasının iclasında iştirak edib.
 
Komitədən verilən məlumata görə, iclasda çıxış edən R.Həsənov ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft ixrac potensialının artırılması və ticarətin liberallaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar barədə məlumat verib. O bildirib ki, ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Sədr qeyd edib ki, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi və bu sahədə xarici təcrübənin tətbiqi üçün Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən komitə tərəfindən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs təsis edilib və ona milli orqan statusu verilib.
 
Baş Assambleyasının iclasında Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatına assosiativ üzvlüyü ilə bağlı müraciətinə baxılıb. Azərbaycan Akkreditasiya Mərkəzi yekdilliklə beynəlxalq təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.
 
Bu üzvlük Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin Avropa keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Burada əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş qurumlar tərəfindən verilən sınaq və kalibrləmə sənədləri, uyğunluq sertifikatlarının Avropa ölkələrində tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.
 
Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Aİ-nin tvinniq layihəsi icra olunmaqdadır.
 
Assambleya çərçivəsində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Latviya Milli Akkreditasiya Bürosu və Macarıstan Milli Akkreditasiya Təşkilatı arasında Anlaşma Memorandumları imzalanıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info