“Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihəsi keçirilib
Tarix: 23.11.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


“Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Təmiz Şəhər” ASC-nın dəstəyi ilə keçirilən “Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihəsi baş tutub. Layihə müddətində ümumillikdə 176 gənc iştirakı ilə Quba rayonunun Qəçrəş, Qusar rayonunun Mil, Xaçmaz rayonunun Köhnə Xaçmaz, Lənkəran rayonunun Vel və Astara rayonunun Şahağacı kəndləri əhatə olunub.
“Ekokənd” - gənclərin ekoloji maarifləndirilməsi layihənin məqsədi şəhərlərdə olduğu qədər kəndlərdə də gənclərin ekoloji maarifləndirilməsi işlərinin genişləndirilməsi, gənclərin bu sahədə biliklərinin artırılması, ətraf mühitin qorunması məqsədilə təşəbbüslərin həyata keçirilməsidir.
Regionlarda keçirilən təlimlər zamanı iştirakçılara ilk öncə “Ekoloji maarifləndirmə”, “Təbiətin qorunması” və “Tullantıların ekologiyaya təsiri” mövzularında məlumat verilib. Daha sonra mövzu üzrə qrup işləri təşkil olunub. Təlimin sonunda iştirakçılara təşkilatçılar tərəfindən şəhadətnamə təqdim olunub. 
Təlim iştirakçısı Nurlan İlyasov: “Layihəni çox bəyəndik. Çünki təlimdə danışılan mövzuları həmişə televiziyada görürdük amma proseslərin necə həyata keçdiyini və əhəmiyyəti haqqında məlumatımız yox idi. Kəndimiz dəniz kənarında yerləşdiyindən ekoloji təmizlik haqqında daha çox bilməyimiz vacibdir”.
Təmiz Şəhər ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elmar Məlikov. “Ümumumiyyətlə Təmiz Şəhər ASC daim ekoloji maarifləndirmə layihələrinə dəstək verir və hər zaman hər hansı bir fürsət yarandıqca gənclər arasında, məktəblilər arasında və ümumiyyətlə bütün təbəqədən olan insanların arasında belə maarifləndirici aksiyalara qoşulduqda daim qürür duyur. Bizdə çox məmnun olduq ki, Gənlər Təşkilatları Milli Şurası ilə "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində əməkdaşlıq etdik, bölgələrdə gəncləri maarifləndirdik, tullantılardan enerji alınması barədə və ümumiyyətlə Təmiz Şəhər ASC fəaliyyəti haqqında, tullantıların idarəolunması prosesləri haqqında məlumatları verdik və gələcəkdədə bu cür layihələrdə iştirak etməkdən məmnunluq duyuruq”.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan: 2020 Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən “Yerli” Kənd Gənclərinin İnkişaf Proqramı start verib. “Yerli” Kənd Gənclərinin İnkişafı Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri 66 kənd və qəsəbələrdən 1500-dən çox gəncin iştirakı ilə baş tutub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info