“Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir“
Tarix: 23.11.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


"Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş əməkdaşlığı ümumi sülhməramlı xidmət nümunələrindən biridir".
 
Bu barədə Moskva və Bütün Rusiya Patriarxı Kirillin "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.
 
Patriarx Kirill müraciətində Qafqaz Müsəlmanları İdarəsi ilə Moskva Patriarxlığı arasındakı əməkdaşlığı xüsusi vurğulayıb: "Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə olduqca yüksək səviyyədə qarşılıqlı etimadla xarakterizə olunan uzunmüddətli münasibətləri qiymətləndirir. Bu işdə 40 ildir yaxın dostum, dialoq aparılmasının ardıcıl tərəfdarı və sülhməramlı işlərdə tərəfdaş kimi tanıdığım hörmətli Şeyxülislam Allahşükür Paşazadənin böyük xidməti var".
 
Patriarx din xadimlərinin və dini liderlərin ekstremizm probleminə birgə reaksiya verməli olduqlarını bildirib: "Aydın məsələdir ki, ekstremizmin yayılması dini maarifləndirmənin zəif olması, gənclərin informasiya kanallarından alınan məlumatları düzgün qiymətləndirə bilməməsi ilə bağlıdır. Buna görə də mənəvi təhsil və maarifləndirməni təşviq edərək camaatımızı bir-birinə hörmət etmək ruhunda tərbiyə etmək vacibdir".
Qeyd edək ki, Patriarxın konfrans iştirakçılarına müraciətini Peterqof Arxiyepiskopu Amvrosiy oxuyub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info