DYP işçi axtarır
Tarix: 23.11.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
              
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
 
Həmçinin müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- Hərbi bilet (kişilər üçün)
- əmək kitabçası (olanlar üçün)
- sürücülük vəsiqəsi
- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)
 
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info