Uşaqların peyvənd olunması mühüm amildir
Tarix: 23.11.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Şəmkirdə “Gənc Həkimlər Birliyi”nin təşkilatçılığı ilə “Uşaq xəstəlikləri ilə mübarizədə peyvəndin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov və birliyin üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.
Konfransda çıxış edən mərkəzi xəstəxananın baş həkimi Ayaz İbrahimov uşaqların peyvənd edilməsinin vacibliyindən danışıb. Bildirib ki, uşaqlarda olan infeksion xəstəliklər çox təhlükəli olur, bəzi hallarda ağır keçərək hətta ölümlə də nəticələnə bilir. Uşaq infeksion xəstəliklərinin profilaktikasında peyvənd olunma mühüm amildir və peyvənd təqvimlərinə uyğun yerinə yetirilməlidir.
Birliyin üzvləri olan gənc həkimlər Azərbaycanda uşaqların ən çox yoluxa biləcəyi xəstəliklərdən və onlara qarşı tətbiq olunan peyvəndlərin əhəmiyyətindən danışıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info