Suriyada yeni müxalifət qrupu yaradılıb
Tarix: 15.05.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Suriyada demokratik dövlətin yaradılması təşəbbüsü ilə çıxış edən 250-dək müxalifətçi yeni qrup yaradıb. Bu barədə “Əl Cəzirə” telekanalı məlumat verib. Tanınmış müxalifətçi və hüquq müdafiəçisi Mişel Kilonun da üzv olduğu yeni birlik “Suriyalı demokratların ittifaqı” adlanır. “Qrup üzvləri müxtəlif siyasi qüvvələri təmsil etmələrinə baxmayaraq demokratiya prinsipinə görə birləşib”- deyə telekanal “Suriyalı Demokratların İttifaqı”nın nümayəndəsi Kamal Ləbvaninin açıqlamasından sitat gətirir. Telekanal qeyd edir ki, yeni qrup Suriyada İnqilabi və Müxalifət Qüvvələrinin Milli Koalisiyasında təmsil olunmuş “Müsəlman qardaşlar”a əks qüvvə kimi yaradılıb. “Əgər “Müsəlman qardaşlar” vətəndaş dövlətinin yaradılmasına qarşı çıxırsa, onda bu qrup onlara qarşı yönəlib. Əgər bu layihəni dəstəkləyərlərsə, onda bizim müttəfiqimiz olacaqlar”- deyə Ləbvani qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info