Dövlət ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır 
Tarix: 23.11.2017 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Bakıda keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları noyabrın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar.
MDB-yə üzv dövlətlərdən, o cümlədən Rusiya, Belarus və digər ölkələrdən gənclər təşkilatlarının nümayəndələri, gənc alimlər və ekspertləri salamlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov ölkəmizdəki multikultural mühit barədə qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.
“Azərbaycan dünyada çox az ölkələrdəndir ki, burada bütün dinlərə mənsub insanlar rahat yaşayırlar, onlara eyni münasibət var. Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır. Son illər Azərbaycanda bu mövzularda mötəbər beynəlxalq forumlar və konfranslar təşkil olunur. Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 15 ölkəsində multikulturalizmi təbliğ edir”, - deyə Rəvan Həsənov bildirib. O qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin nəticəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən də danışıb. Diqqətə çatdırıb ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir.
Qonaqlar Azərbaycana səfərdən, Bakıda keçirilən “Gənclər arasında tolerantlıq, humanizm və sülhsevərlik prinsiplərinin təbliğ edilməsi” mövzusunda beynəlxalq konfransda iştirakdan məmnunluqlarını bildiriblər. Onlar Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndiriblər.
Sonra qonaqlara hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info