“Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası çap olunub
Tarix: 23.11.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis etdikləri “Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli versiyası “Proceedings of Young Scientists” çap olunub. 2008-ci ildən çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə gözləmədən və geniş elmi auditoriyaya çatdırılmasını təmin etmək məqsədi daşıyır və çap olunan məcmuə sayca jurnalın 15-ci nömrəsidir. Jurnalın 15-ci sayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Elmin müxtəlif sahələrini əhatə edən məqalələrin yer aldığı jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmin bütün istiqamətlərində tövsiyə edilən elmi əsərlər sırasına daxildir. Jurnalda məqalələr ingilis dilində, xülasə və açar sözlər isə Azərbaycan, rus və ingilis dillərində çap olunur.
Jurnal həm də 2014- cü ilin noyabr ayından dövri nəşrlər üçün nəzərdə tutulmuş Beynəlxalq Standart Nömrə (İnternational Standart Serial Number) alaraq beynəlxalq qeydiyyata alınıb. Gələcək hədəfdə jurnalın digər beynəlxalq elmi indekslər: CiteFactor, Copernicus, DOAJ, SCOPUS, Web of Science – Thomson Reuters və s. tərəfindən indekslənərək növbəti beynəlxalq statuslar qazanmasına nail olmaqdan ibarətdir.
Beynəlxalq redaksiya heyətindən ibarət jurnalın baş redaktoru Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucovdur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Eşitmə və nitq pozuntusu olanlar üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq
16.10.2019
Prezident: Əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir
16.10.2019
Prezident: Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir
16.10.2019
Azərbaycan və Qətər hökumətləri arasında Sərmayə üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info