Yastıdabanlıq nədir?
Tarix: 23.11.2017 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Yastıdabanlıq - normal iç ayaq qövsünün düz olmasıdır.
Ortopedik bir problem olan yastıdabanlıq cəmiyyətin bir çox təbəqəsində müşahidə olunan, həyat keyfiyyətini aşağı salan bir anomaliyadır.
Milli.Az bildirir ki, normal ayaq döşəməsi qövslü bir quruluşa malikdir, yastıdabanlıq isə ayaq içi qövsünün çatışmazlığı ilə yerə olan təmasın artmasıdır. Yük daşıma qabiliyyətinə köməkçi olan ayaq, topuqdan önə doğru yaylanma hərəkətini təmin edir. Ayağın bu hərəkəti edə bilməsi üçün ayaq içi qövsünün olması lazımdır. Əgər bu qövs yoxdursa, ya da qeyri-kafidirsə, deməli ayağınız yastıdabandır.
Yastıdabanlıq doğuşdan və daha sonra ortaya çıxa bilən bir ortopedik problemdir. Cəmiyyətin 10%-də müşahidə olunan yastıdabanlıq doğuşdan ortaya çıxdığı müəyyən edilsə də, müalicəyə çox ehtiyac duyulmaz. Elastik yastıdabanlıq və sərt yastıdabanlıq şəklində 2 növə ayrılan bu struktur probleminin əlamətləri isə belədir:
- Tez yorulma
- Ayaqlarda tez-tez müşahidə olunan ağrı
- Ayağın içə basması
- Dizlərin bir-birinə dəyməsi
- Bel ağrıları
- Bel qisimində duzlaşma
- İdman qabiliyyətinin azalması
NECƏ MÜALİCƏ EDİLİR
Yastıdabanlıqda prioritet hər xəstəlikdə olduğu kimi erkən diaqnozun qoyulmasıdır. Bunun üçün ortopediya sahəsində mütəxəssisdən kömək alımaq lazımdır.
Yastıdabanlıqda ən qabaqda gələn müalicə üsulu ayaqqabı dəyişikliyidir. Ayaqqabı döşəməsini dəstəkləyən ayağın formasını düzəldən modifikasiyalar istifadə edilir. Burada əgər ağrılar yenə davam edirsə, həkimə müraciət etmək lazımdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Assosda 2300 yaşlı balıqqabılar və qarmaqlar tapıldı
16.10.2019
Polisi döyən deputat 792 manat cərimələndi
16.10.2019
Sahibini izləyən robot-çamadan
16.10.2019
Çinin ilk yerli buzqıran gəmisi ilk səfərinə çıxdı
15.10.2019
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info