Berlində Almaniya-Azərbaycan İşçi Qrupunun iclası keçirilib
Tarix: 23.11.2017 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 7-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İşçi Qrupunun həmsədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Səmir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin rəsmilərindən ibarət olub.
İclasda Almaniyanı İşçi Qrupun həmsədri, Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici İqtisadi Siyasət İdarəsinin baş direktoru Ekhard Frantsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Almaniya nümayəndə heyətinə müxtəlif federal nazirliklərin nümayəndələri, eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin, Şərqi Avropa Biznes Assosiasiyasının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya Ticarət və İnvestisiya Agentliyinin təmsilçiləri daxil olub.
Tədbirdə Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, enerji sektorunda, enerjiyə qənaət və alternativ enerji, təhsil, menecer təlimi, əczaçılıq, kənd təsərrüfatı, turizm və inkişaf naminə tərəfdaşlıq sahələrində əməkdaşlıq ətrafında müzakirələr keçirilib.
Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov İşçi Qrupun iclasında iştirak edib.
Görüşün sonunda İşçi Qrupun 8-ci iclasının 2018-ci ilin payızında Bakıda keçirilməsi razılaşdırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info