“Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda mühazirə keçirilib
Tarix: 23.11.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Noyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və Azərbaycan dilçiliyi kafedrasının birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda birgə mühazirə keçirilib.
Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev azərbaycançılıq ideyası və onun tərkib hissələrindən söz açıb. O, bildirib ki, qədim tarixi və dövlətçilik ənənələri ilə dünya xalqları içərisində özünəməxsus yer tutan xalqımızın 1828-ci ildən sonra başının üstünü qara buludlar alıb. Həmin tarixdən 1969-cu ilədək azərbaycançılıq ideyası ilə çıxış edənlər təqiblərə məruz qalıb. Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında işə başlaması ilə vəziyyətin dəyişdiyini deyən A.Babayev ulu öndərin ana dilimizin inkişafında xidmətləri haqqında ətraflı məlumat verib.
Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Elçin İbrahimov ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın ideyası əsasında təşkil edilən birgə mühazirələrin mahiyyəti barədə qısa məlumat verib. O, daha sonra “Azərbaycan dili haqqında sərəncamlar: qarşıda duran vəzifələr” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb. Onun sözlərinə görə, dilçilik sahəsi hər zaman  dövlət siyasətinin tərkib hissəsi olub və Azərbaycan dilçiliklə bağlı qanunlara görə digər türk dövlətlərini üstələyib. E.İbrahimov müxtəlif dövrlərdə Azərbaycan dili ilə bağlı qəbul edilən qanunlardan, onların mahiyyətindən və dilimizin inkişafına verdiyi töhfələrdən, eyni zamanda 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultayın əhəmiyyətindən söz açıb.
Mühazirədə tələbələrin sualları cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info