“Separatizmə laqeyd münasibət Avropanın öz başında çatlayır”
Tarix: 23.11.2017 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov bildirib ki, Brüsseldə keçirilən Qarabağ beynəlxalq forumu olduqca əhəmiyyətli idi: “Forumun keçirilməsi onu göstərdi ki, Azərbaycan da sepratizmdən, terrorizmdən narahatdır. Ölkə rəhbəri İlham Əliyev də bunu bütün beynəlxalq tədbirlərdə səsləndirib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qatıldığı forumda Avropanın aparıcı şəxsləri iştirak edirdi. 
Forum çərçivəsində etnik separtizm, beynəlxalq terrorla mübarizə üsulları ilə bərabər ikili standart kimi problemlərə də toxunuldu. Tədbirdə Əli Həsənov separtizmdən əziyyət çəkən bir çox əraziləri göstərdi. Xəritəni göstərək qeyd etdi ki, 20-dən çox ölkədə separtizm silahlı toqquşmalarla müşahidə olunur. Eləcə də Dağlıq Qarabağ münaqişəsi qeyd edildi. Təəssüf ki, 25 il keçməsinə baxmayaraq, işğal faktı aradan qaldırılmamış vəziyyətdədir. Əgər etnik sepratizmə, terrorizmə bu gün düzgün qiymət verilməsə, işğalçı öz adı ilə çağrılmasa, dünyanın nizamı daha çox pozulacaq.
Kataloniya problemi ortaya çıxanda Azərbaycan beynəlxalq hüququ müdafiə etdi. Eləcə də digər beynəlxalq təşkilatlar yalnız İspaniyanı dəstəklədilər. Belə olduğu halda isə Emənistana qarşı eyni münasibət bəslənilmir. Necə ola bilər ki, BMT-nin baş katibi Ermənistan və Azərbaycan prezidentlərini eyni cür qəbul edir və eyni münasibət bəsləyir? Hətta fikirlər səsləndirir ki, Ermənistan terrorla mübarizəyə böyük töhfələr verib. Halbuki, Ermənistanın dəstəklədiyi ASALA kimi terror təşkilatı var. Həmçinin Azərbaycan torpaqlarının işğalı faktı göz önündədir. Azərbaycan isə kiminsə torpaqlarını işğal etməyib. Gərək etnik sepratizm Avropanın mərkəzinə çatsın ki, onlar problemin yalnz bir ölkənin dərdi olmadığını anlasınlar. Bu, artıq Avropa üçün də böyük təhlükədir. O baxımdam ümid edirik ki, Kataloniya rəhbərliyinə qarşı atılan addım Ermənistan rəhbərliyinə qarşı da atılacaq. Çünki Azərbaycanın ərazi bütövlüyünü bütün dünya ölkələri tanıyır.
Dünya birliyi tərəfindən ərazi bütövlüyünə qarşı təhdidlər pislənməsə, dünyanın nizami birdəfəlik pozulacaq. O zaman həmin beynəlxalq təşkilatlara da ehtiyac qalmayacaq. Belə olduğu halda məlum olacaq ki, həmin qurumlar yalnız imitasiya ilə məşğuldur. Proseslər yeni dünya müharibəsinə qədər dərinləşə bilər. Ona görə də beynəlxalq təşkilatların buna getməsi inandırıcı deyil. Artıq təhlükə öz ərazilərini bürüyüb. Problemin qarşısının birdəfəlik alınmasından başqa yol yoxdur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info