“Rusiyanın “İŞİD”ə qarşı əməliyyatlarını dəstəkləyirik“
Tarix: 23.11.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


"Dinlərin müqəddəs ideallarının adam öldürməklə, zor tətbiqi ilə əlaqələndirilməsi nəticəsində müsəlmanlar, xristianlar həlak olurlar, məscidlər və kilsələr dağıdılır. Dünyanın müxtəlif regionlarında inanclı insanların ekstremist və terrorçu kimi qələmə verilməsi cəhdlərinin davam etdirilməsi bizi çox narahat edir".
 
Bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, islamın mahiyyətinin bilərəkdən təhrif edildiyini vurğulayıb: "Biz “İŞİD”i və bu cür terrorçu birlikləri, təkfirçiləri, öz maraqlarına çatmaq üçün islamı pərdə kimi istifadə edərək parçalayanları qətiyyətlə qınayırıq. Bununla əlaqədar Rusiyanın "İslam Dövləti" psevdonimi altında fəaliyyət göstərən, öz fəaliyyəti ilə dünya dininin adına ləkə gətirən “İŞİD”ə qarşı keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik. Əminəm ki, ekstremizmə, radikalizmə qarşı mübarizə ancaq dövlətlərin, ictimai-siyasi xadimlərin və dini birliklərin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclərimizi ənənəvi dini dəyərlər və tolerantlıq ruhunda tərbiyə edərək biz, dinlərarası razılığı və millətlərarası həmrəyliyi dəstəkləyə bilərik".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info