Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirəcək
Tarix: 23.11.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.
 
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
 
Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər.
 
Ş. Mustafayev Türkiyənin Cocuq Mərcanlı kəndində layihə həyata keçirmək istəyini müsbət qiymətləndirib, belə layihələrin rayonun inkişafında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını vurğulayıb.
 
Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini və bir sıra uğurlu layihələrin reallaşdırıldığını qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin oktyabrında Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qeyd edilib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi hadisədir və bu marşrut nəqliyyat əlaqələrini genişləndirməklə, iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar açır. Nazir Şahin Mustafayev gələn il Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatının keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb.
 
Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, o cümlədən Preferensial Ticarət Sazişinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info