ABŞ-da da QHT-ləri yoxlayırlar
Tarix: 15.05.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


ABŞ-ın Vergi xidmətinin vaşinqtonlu məmurları məqsədyönlü şəkildə mühafizəkar təşkilatları yoxlamağa başlayıblar. “Vaşinqton Post” qəzeti yazır ki, Vergi xidmətinin Vaşinqton və digər iki regional şöbəsi vergidən yayınan mühafizəkar qrupların yoxlanılmasında iştirak edib. Əvvəlcə güman edilirdi ki, Vergi xidmətinin yalnız Tsintsinattidəki filialında bu işə başlanılıb.
Vaşinqtondakı qərargahın vergi mütəxəssisləri mühafizəkar qeyri-kommersiya təşkilatlarına (QHT-lərə) təşkilatların donorları və fəaliyyətlərinin digər aspektləri ilə bağlı, El-Monte və Laquna-Nigel şəhərləri və Kaliforniya ştatındakı şöbələrindəki təşkilatlara isə “Çayiçənlər partiyası” ilə əlaqədar sorğu göndəriblər.
Vergi xidmətində vergilərdən azad olunmuş təşkilatlara cavabdeh Lu Lerner jurnalistlərə bildirib ki, bu, Tsintsinattidə xidmət əməkdaşları tərəfindən edilən “tamamilə yersiz hərəkətlərdir”. Onun sözlərinə görə, onlar “vətənpərvər”, “çayiçənlər”, “9/12” sözləri ilə qurulmuş bütün qeyri-kommersiya təşkilatlarını yoxlayıblar. Qəzet yazır ki, yoxlamalar aparılmış qeyri-kommersiya təşkilatlarının hüquqşünasları rəhbərliyin cərimələrdən xəbərsiz olmalarına inanmırlar.
"Vergi xidmətinin mühafizəkar birlikləri izləmələri barədə cəhdləri haqqında təfərrüatlar hələ 2012-ci ilin mayında rəhbərliyə kimi gedib çatmışdı”, - deyə jurnalistlərə edilən açıqlamada bildirilib.
Mayın 11-də mətbuat konfransında ABŞ prezidenti Barak Obama xəbərlər vasitəsilə hadisələrdən xəbərdar olduğunu bildirmişdi. Onun fikrincə, hiddətə səbəb olan qərəzli yoxlamalara yer verilməməli, bu işə cəlb olunanlar işə tam məsuliyyətlə yanaşmalıdırlar.
Lakin prezidentin vədinə baxmayaraq, vergi xidməti hələ də bu və ya digər şirkətlərdə aparılan yoxlamaların dəqiq səbəbləri barədə heç bir yeni informasiya verməyib.
Qeyri-kommersiya təşkilatlarının nümayəndələrinin sözlərinə görə, vergi mütəxəssisləri tərəfindən aparılan yoxlamalar onların maliyyələşməsinə təsirini göstərib. Çünki donorların əksəriyyəti anonimliyi saxlamağa üstünlük verir. Bundan başqa, bir sıra fəallar seçkilər ilində məmurlar tərəfindən diqqətin artırılmasını hökumət tərəfindən edilən təzyiq kimi qiymətləndirirlər.
“Mən, sadəcə olaraq, Vaşinqtonun tapşırığını yerinə yetirirəm. Mən mənə verilməsi əmr olunan sualları verirəm”, - deyə Hyustondakı “True to Vote” təşkilatının vergi mütəxəssislərindən biri Ketrin Engelbrext etiraf edib.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info