ADPU-nun Riyaziyyat və informatika fakültəsinin əməkdaşları Arzu Əliyevaya etiraz edirlər
Tarix: 23.11.2017 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Hörmətli media nümayəndələri!
Son vaxtlar bəzi İnternet media resurslarında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) haqqında həqiqətdən uzaq yazılar dərc olunur. Qeyd etmək lazımdır ki, həmin böhtan və iftira dolu yazılarda ADPU-nun sabiq müəllimləri Pərvin Cəfərovanın, Vəlimedova Olqa Viktorovnanın və baş laborant Arzu Əliyevanın şikayətçi kimi adları keçir. ADPU tərəfindən mediaya Pərvin Cəfərova və Vəlimedova Olqa Viktorovna barədə bir müddət öncə işlədikləri Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təqdim etdikləri real məlumatlar əsasında hüquqi cəhətdən mükəmməl əsaslandırılmış, hərtərəfli və dolğun cavablar verilib. Noyabrın 22-də isə Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında həmin kafedranın keçmiş baş laborantı Arzu Əliyeva ilə bağlı keçirilmiş iclas da həqiqətin ortaya çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ictimai müzakirə formasında keçirilmiş həmin iclasda tanınmış və təcrübəli metodist-alim, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor Azadxan Adıgözəlov çıxış edərək bildirib ki, o, 2003-cü ildə kafedra müdiri seçilib. Kafedra müdiri seçilməmişdən öncə Arzu Əliyeva Funksiyalar nəzəriyyəsi kafedrasından Riyaziyyat və onun tədrisi metodikası kafedrasına baş laborant vəzifəsinə gətirilib. Professor A.Adıgözəlov qeyd edib ki, o kafedra müdiri vəzifəsində işlədiyi dövrdə Sevda Bayramova və Məlahət Məmmədova da kafedrada laborant işləyiblər. Arzu Əliyeva müntəzəm olaraq Məlahət Məmmədova ilə dava-dalaş edib, kafedradakı sağlam ab-havanı və normal iş mühitini pozub. Onların arasında baş verən mübahisə nəticəsində Məlahət Məmmədovanın qan təzyiqi qalxıb və xəstələnərək bülletenə çıxıb. Hətta bir dəfə Məlahət Məmmədovanın iki qızı ADPU-ya gələrək Arzu Əliyeva ilə savaşıblar. Bu hadisə Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent Maqsud Nəcəfovun iş otağında baş verib. Həmin vaxt kafedrada laborantların belə ictimai davranış qaydalarına və qanunazidd hərəkətlərə yol vermələri haqqında rektorluğa məlumat verilib. Bu vəziyyətə dözməyən Məlahət Məmmədova üçün təcili tibbi yardım çağrılıb. Uzun müddət xəstə yatan Məlahət Məmmədova işdən çıxmağa məcbur olub. Arzu Əliyeva əmək intizamına əməl etməyib. ADPU-da Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşlarının, eləcə də tədris-yardımçı heyətin şəffaf və obyektiv keçirilən attestasiyası zamanı attestasiyadan keçməyən Arzu Əliyeva kafedradan uzaqlaşdırıldıqdan sonra kafedrada normal iş şəraiti bərpa edilib. Məsuliyyətlə bildiririk ki, attestasiya zamanı Arzu Əliyevaya qarşı heç bir qanunsuzluğa və ədalətsizliyə yol verilməyib. Sadəcə, bilik və peşəkarlıq səviyyəsi qənaətbəxş olmadığı üçün attestasiyadan keçməyib. Bu, inkarolunmaz fakt, təkzibedilməz həqiqətdir. Məhz bu səbəbdən də onun əmək müqaviləsinə xitam verilib. Hazırda kafedrada sağlam və işgüzar mühit var. Buna görə də biz onun işdən kənarlaşdırılmasını qanuni və ədalətli hesab edirik.
Elmi hissənin əməkdaşı İlhamə Gözəlova iclasda bildirib ki, iş prosesində Arzu Əliyevaya zəng edərək kafedranın fəaliyyəti ilə bağlı lazımi sənədi gəlib elmi hissədən aparmasını xahiş edib. Lakin Arzu Əliyeva onu təhqir edib. Bu şəxs pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsində işləməyə layiq deyil.
İclasda digər çıxış edənlər də Arzu Əliyevanı mənfi planda səciyyələndirərək onun mətbuatda dərc edilən iftira və böhtan dolu yazılarına kəskin etiraz ediblər.
İclasda qeyd edilib ki, ADPU-nun Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi var. Pedaqoji kadr hazırlığını həyata keçirən, zəngin elm və təhsil ənənələrinə malik olan ADPU-da hazırda 17 mindən çox tələbə təhsil alır. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün islahatlar, yeniliklər həyata keçirilir. Belə böhtan və iftira dolu yazıların müəllifləri isə uğurla həyata keçirilən bu islahatlara kölgə salmaq istəyirlər. Bu yazılar həm də qanunçuluq, dövlət və dövlətçilik üçün təhlükə mənbəyidir. Bu isə universitetin bütün kollektivində, o cümlədən Riyaziyyat və informatika fakültəsinin kollektivində də böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Eyni zamanda hörmətli media təmsilçilərindən xalqın, dövlətin strateji fəaliyyət sahəsi olan təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən qanunvericiliyə uyğun olaraq məsələni tam və hərtərəfli araşdırmağı, dəqiq və obyektiv olmağı xahiş edirik.
Hörmətlə:
Azadxan Adıgözəlov, Riyaziyyat və onun tədrisi metodikası kafedarsının müdiri, professor
Maqsud Nəcəfov, Riyaziyyat və informatika fakültəsinin dekanı, dosent
Allahverdi Cəfərov, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent
Naida Acalova, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent
Bəhram Əliyev, Riyazi analiz kafedrasının müdiri, dosent
Azad Bayramov, Riyazi analiz kafedrasının dosenti
Rövşən Hümbətəliyev, Hesablama riyaziyyatı və informatika kafedrasının müdiri, dosent
Zemfira Tağıyeva, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti
Hidayət Tağıyev, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti
Zahirəli Sadıxov, Cəbr və həndəsə kafedrasının müdiri, dosent
Hökümə Əkbərova, Cəbr və həndəsə kafedrasının dosenti və başqaları

Mənsur İbrahimov,
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“İnnovasiyalar həftəsi” çərçivəsində “Robo Futbol” turniri təşkil olunacaq
22.10.2018
Bilik Fondu ilə Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında Niyyət Protokolu imzalanıb
22.10.2018
Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edilib
22.10.2018
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir
22.10.2018
ƏƏSMN yanında İctimai Şuranın işçi qrupunun yığıncağı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10299

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info