Gürcü ekspertdən ermənilərə Qarabağ şərti
Tarix: 24.11.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Kaxa Qoqolaşvili:
“Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişiklik baş verəcəyi halda, Bakı və Ankara məhdudiyyəti aradan qaldıra və Ermənistan öz yüklərini Türkiyə və Avropaya çıxara bilər”

“Gürcüstanın siyasi və ekspert dairələrində Abxaziya dəmir yolu ilə bağlı məsələyə neqativ münasibət var. Onlar ehtiyat edirlər ki, Rusiya həmin xətlə hərbi yüklər daşıya bilər”.
Azərbaycanın regionda reallaşdırdığı ən böyük layihələrdən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında yeni əlverişli dəhliz yaradıb. Bu layihə dünyanın ən böyük ticarət dəhlizlərindən birinin əsas hissəsini təşkil edəcək. Dünyanın bir çox dövlətinin bu layihəyə göstərdiyi maraq Bakı-Tbilisi-Qars layihəsinin böyük gələcək vəd etdiyini göstərir. Şübhəsiz ki, Azərbaycanın müəllifliyi ilə reallaşan və dünyanın nəqliyyat dəhlizləri xəritəsində öz yerini alan bu dəmir yolu xətti torpaqlarımızı işğal altında saxlayan Ermənistanı ciddi şəkildə narahat edir. Prosesi yaxından izləyənlər yaxşı bilir ki, dəmir yolu xəttinin açılışı ərəfəsindən başlayaraq demək olar ki, hər gün Ermənistan mətbuatı Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə edə bilmə perspektivini araşdırmaqla məşğuldur. Özləri də yaxşı bilirlər ki, Azərbaycanın torpaqlarını işğal altında saxlaya-saxlaya bu layihədən istifadə edə bilməzlər. Amma torpaqlarımızı işğaldan azad edərək bu layihəyə qoşulub böyük qazanc əldə etmiş olarlar. Çünki Bakı-Tbilisi, Qars layihəsinə qoşulmaq Ermənistana Avropaya çıxış imkanı qazandıra bilər. Ermənistanın “Tert.am” saytı Gürcüstanın Avropa araşdırmalar mərkəzinin rəhbəri Kaxa Qoqolaşvilidən bu məsələ ilə bağlı açıqlama alıb. Gürcü ekspert sayta açıqlamasında açıq şəkildə bildirib ki, bu gün Azərbaycan və Türkiyə erməni yüklərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınmasına imkan verməzlər: “Amma bu o demək deyil ki, Ermənistan bu dəmir yolundan heç vaxt istifadə bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişiklik baş verəcəyi halda, Bakı və Ankara məhdudiyyəti aradan qaldıra və Ermənistan öz yüklərini Türkiyə və Avropaya çıxara bilər. Bu vəziyyət Ermənistan üçün də sərfəlidir. Məsələ ondadır ki, bu dəmir yolu xətti Gürcüstan-Ermənistan sərhədində qurtarır. Yəni Ermənistanın yüklərini sərhədə çatdırması üçün əlavə heç nəyə ehtiyacı qalmayacaq”. Sayt gürcü ekspertdən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivi barədə də soruşub. Kaxa Qoqolaşvili cavabında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bir neçə günə inşa olunmayıb, bir neçə il ərzində planlanıb və hesablama zamanı hər şey-xərclər, gəlirlər nəzərə alınıb: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti biznesin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xətti körpü rolunu oynayaraq ölkələri Avropaya birləşdirir. Ona görə də hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük perspektivi var”.

“Rusiya və Gürcüstan arasında İsveçrə şirkətinin vasitəçiliyi ilə yükdaşıma ilə bağlı razılığın Abxaziya dəmir yolu xəttinə aidiyyəti yoxdur. Burada söhbət quru yükdaşımadan gedir”
Maraqlıdır ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən kənarda qalan ermənilər yenidən Abxaziya dəmir yolunun istifadəyə verilməsi ilə bağlı müzakirələr start veriblər. Abxaziya və Cənubi Osetiyadan keçən xətlərin açılması məsələsi uzun müddətdir ki, müzakirə edilir. Noyabrın 19-da Gürcüstanın xüsusi nümayəndəsi Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Karasin arasında keçirilən görüşdə bu məsələ yenidən müzakirə edilib. Ermənistan mətbuatı Abxaziya dəmir yolu xəttinin açılacağı ilə bağlı razılıq əldə olunduğunu yazsa da, hələlik rəsmi heç bir informasiya yoxdur. Çünki gürcü tərəfi Abxaziyanı separatçı rejim hesab etdiyindən ermənilərin maraqlarına işləyən xəttin açılmasına imkan verməyib. Ancaq həmin ərazilər Gürcüstanın tərkibinə qayıtdıqdan sonra bu məsələ müzakirə predmeti ola bilər. Rəsmi Tbilisi bu məsələdə Bakının da maraqlarını nəzərə alır. Amma erməni mətbuatı yazır ki, noyabrın son dekabrın əvvəlində bu nəqliyyat xətləri açıla bilər. İsveçrə şirkətinin gömrük məsələsinə nəzarət edəcəyi ilə bağlı ümumi razılıq var. Erməni politoloq Qaqik Abramyan “Lragir”ə bildirib ki, Gürcüstan nəqliyyat dəhlizləri ilə bağlı məsələdə diversifikasiya siyasəti həyata keçirir.

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti biznesin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu dəmir yolu xətti körpü rolunu oynayaraq ölkələri Avropaya birləşdirir. Ona görə də hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük perspektivi var”

Başqa bir ekspert Alik Eroyanç Abxaziya dəmir yolu xəttinin bərpa ediləcəyinə inanmır. O, xatırladıb ki, bu məsələ 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişəndə də gündəmə gəlmişdi: “Həmin vaxt İvanişvili Bakı-Tblisi-Qars layihəsinin gürcü maraqlarına uyğun olmadığını dilə gətirmişdi. Amma sonradan gürcü hakimiyyəti ritorikanı dəyişdi və dəmir yollunu xəttini inşası davam etdi. Həmin bu Abaşidze dəfələrlə bəyan edib ki, Abxaziya dəmir yolunun açılması məsələsi müzakirə edilmir. Rusiya və Gürcüstan arasında İsveçrə şirkətinin vasitəçiliyi ilə yükdaşıma ilə bağlı razılığın Abxaziya dəmir yolu xəttinə aidiyyəti yoxdur. Burada söhbət quru yükdaşımadan gedir. Söhbətlər var ki, 2011-ci ildə imzalanan razılaşmanın noyabrın sonunda təsdiqi gözlənilir”. Eroyanç bildirib ki, Abxaziya dəmir yolu ilə bağlı məsələdə başqa nüanslar var: “Gürcüstanın siyasi və ekspert dairələrində bu məsələyə neqativ münasibət var. Onlar ehtiyat edirlər ki, Rusiya həmin xətlə hərbi yüklər daşıya bilər”. Erməni ekspert Azərbaycan, Türkiyə və Gürcüstan arasında dəmir yolu, neft-qaz kəmərləri ilə sıxlaşan əlaqələrin bu məsələdə ciddi rol oynadığını düşünür. Qeyd edək ki, Gürcüstanın bu məsələdə hansı mövqe tutacağını yaxın zamanda görəcəyik. Erməni diaspor təşkilatlarının Abxaziya dəmir yolunun açılması ilə bağlı neçə ildir apardığı kampaniya hamıya bəllidir. Amma Tbilisinin indi separatçı rejimə loyal münasibət göstərəcəyi inandırıcı deyil. Digər tərəfdən Gürcüstanla Azərbaycan arasında sıx siyasi-iqtisadi əlaqələr var və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bu əlaqələri daha da möhkəmləndirib. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. Belə olan halda, Tbilisinin bu məsələdə yaxın tərəfdaşının maraqlarını nəzərə almaması inandırıcı deyil.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info