“The Wall Street Journal”: “Rusiya Suriya probleminin həllində aparcı rol oynayır”
Tarix: 24.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Bir zamanlar Vaşinqton Suriya ilə bağlı danışıqlarda aparıcı rol oynasa da, hazırda kölgədə qalaraq ikinci dərəcəli rol icra edir”

Amerikanın gündəlik “The Wall Street Journal” nəşrinin yazdığına görə, Astanada keçirilən danışıqlardan sonra Suriyada siyasi nizamlama istiqamətində irəliləyiş əldə edilib. Nəşr yazır ki, Rusiya Suriya münaqişənin həlli prosesində daha çox hakim mövqedə olduğu halda, Amerika Birləşmiş Ştatlarının bu prosesdəki rolu daha çox ikinci olmaqla xarakterizə edilə bilər.
“The Wall Street Journal” nəşri bu qənaətə Rusiya prezidenti Vladimir Putinin İran və Türkiyə prezidentləri - Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi görüşdən sonra gəlib. “Soçi sammiti Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Cenevrədə yeni bir müzakirə turu ərəfəsində keçirildi. Son aylarda, Moskva Suriya münaqişəsinin sona çatdırılması istiqamətində getdikcə daha çox hakim rol oynamaqdadır. Bununla yanaşı, Moskva Birləşmiş Millətlər Təşkilatının himayəsi altında müzakirələr apararaq, bölgənin hərəkətverici qüvvəsinə çevrilir. Qeyd edilməlidir ki, Suriyadakı dəhşətlərin azalmasında irəliləyiş, daha çox Astanada keçirilən görüşdən sonra əldə edilib”- deyə, nəşr yazır. “The Wall Street Journal” qeyd edir ki, bir zamanlar Vaşinqton Suriya ilə bağlı danışıqlarda aparıcı rol oynasa da, hazırda kölgədə qalaraq ikinci dərəcəli rol icra edir. Məqalə müəllifi Soçidə keçirilən üçtərəfli zirvə toplantısından əvvəl Putinin Suriya prezidenti Bəşər Əsədlə görüşünü, eləcə də Rusiya rəhbərinin ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Saud və İsrail Baş naziri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxladığını da xatırladıb. Qeyd edilir ki, Cenevrə prosesi çərçivəsində keçirilən danışıqlarda heç bir tərəqqi olmadığı halda, Rusiya, Türkiyə və İran liderlərinin təşəbbüsü ilə Astanada keçirilən görüşdə müəyyən razılaşmalar əldə etmək mümkün olub. Rusiyanın xarici İşlər naziri Sergey Lavrov da BMT-nin fəal köməyi ilə Suriya hökuməti ilə müxalifət arasında birbaşa dialoqun yüksək effekt verdiyini etiraf edib. Rusiya, İran və Türkiyənın Suriyada terrora qarşı birgə mübarizəsi münaqişənin həllində əhəmiyyətli mərhələnin başlandığını göstərir. Prosesdə növbəti addım Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi olacaq. Lakin bu görüşün nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib. Lakin Soçidə keçirilən üçtərəfli görüşdə müəyyən razılıq əldə edilib. Putinin sözlərinə görə, prezidentlər görüşdə Suriya münaqişəsinin həllinin əsas aspektlərini ətraflı müzakirə edib, bu ölkədə sülhün və sabitliyin bərqərar olması, suverenliyin və ərazi bütövlüyünün qorunması üçün bundan sonra da səylərini davam etdirməklə bağlı razılığa gəliblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info