«Qərb mətbuatında hadisələr birtərəfli şəkildə işıqlandırılır»
Tarix: 15.05.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


«Mərkəzi Afrikadan gəlmə fəhlələr Qərb mətbuatında «muzdlu döyüşçülər» kimi təqdim edilirdi»

«Ərəb baharı»nın ən acı təsirinin yaşandığı Liviyada sular durulmaq bilmir. Baş verən qanlı olayların üstündən zaman keçdikcə üzə çıxan faktlar güc mərkəzləri, maraq qrupları tərəfindən dünyanın necə ustalıqla aldadıldığını təsdiqləyir. İri informasiya kanalları, agentlikləri, televiziyaları vasitəsilə dünyanın informasiya məkanını nəzarətdə saxlayan həmin güclər ictimai rəydə özlərinə sərf edən düşüncəni yarada, atmosferi formalaşdıra bilirlər.

Bununla da həmin mərkəzlər hansısa ölkəni qarışdırmaq, hərbi müdaxilə etmək üçün zəmin hazırlayırlar. Daha doğrusu, dünyanın iri informasiya vasitələri super güclərin əlində təzyiq qrupu kimi çıxış edir. Həmin təzyiq qruplarının apardığı yalançı, qərəzli təbliğat əvvəlcədən hazırlanmış ssenarilərin həyata keçirilməsi üçün zəmin hazırlayır. Liviya, Misir, Tunis, Suriya, bundan əvvəl isə İraqla bağlı həyata keçirilən təbliğat kampaniyası təzyiq qruplarının öz işlərinin öhdəsindən «uğurla» gəldiyini göstərir. Buş hökumətinin İraqa hücum təşkil etməsinə zəmin hazırlamaq üçün həmin qruplar tərəfindən böyük təbliğat kampaniyası aparıldı. İndi məlum olur ki, həmin vaxt ABŞ hökuməti tərəfindən ordunun istefada olan 10 generalı nəhəng telekanallarda və qəzetlərdə yerləşdirilərək ictimai rəyi müharibəyə hazırlayıblar. Sonradan bəlli oldu ki, İraqda heç bir kütləvi qırğın silahı olmayıb və minlərlə iraqlı günahsız yerə qətlə yetirilib. Həmin İraq bu gün də qarşıdurmadan, terrordan əziyyət çəkir. Elə Fransanın «Atlantiko» nəşri də bu məqama diqqət çəkərək Liviya hadisələrinin timsalında Qərb mətbuatının çirkin təbliğat kampaniyasını ifşa edib. Bildirilir ki, 2012-ci ilin əvvəlində asiyalı investorlar Liviyadakı vəziyyəti öyrənmək, risk və imkanları dəyərləndirmək üçün ekspert Samuel Loranı Tripoliyə ezam ediblər. Ekspert Liviyada gördüklərini sonradan qələmə alıb. «Atlantiko» Loranın qeydlərinə əsaslanaraq yazır: «Baş verən olaylar Qərb mətbuatında tamamilə birtərəfli şəkildə işıqlandırılır. Onlar ilk əvvəl bildirirdilər ki, etiraz aksiyaları dinc şəraitdə keçirilir, heç bir zorakılıq halları yoxdur, amma hakim rejimin nəzarətində olan ordu təhlükəsizliyə heç bir təhdid təşkil etməyən aksiya iştirakçılarını guya kor-koranə şəkildə öldürür. Bu qənaətə «Amnesty International» təşkilatının əməkdaşı Donatella Rover də gəlib. Qərb mətbuatı bütün gücü ilə çalışırdı ki, yalan təbliğatla Liviyada vəziyyətin kəskin və hərbi müdaxilənin vacib olmasına dünyanı inandırsın. Qərb mətbuatı xarici muzdlu döyüşçülərdən, əsgərlərə xüsusi dərmanların verilməsindən, kütləvi zorakılıq aktlarından, mülki insanların kütləvi şəkildə güllələnməsindən yazırdı. Buşun İraq məsələsində kütləvi qırğın silahı ilə bağlı uydurduğu yalan kimi Qərb mətbuatı da Liviya məsələsində bizi aldatmağa çalışırdı. Bu təbliğatın bir məqsədi var idi-yalanlardan istifadə etməklə bizi müharibəyə sürükləmək. Həmin hadisələrin üstündən zaman keçdikdən sonra yalanların bəzisi üzə çıxır. Onlardan biri də Liviya ərazisindəki muzdlu döyüşçülərin olması ilə bağlıdır. «Human Rights Watch» təşkilatının nümayəndəsi Peter Baukkart hadisəni belə nəql edir: «Jurnalistlərin bir çoxu əsirlərin saxlandığı zonalara düşə bilirdilər. Əsirlərin şəklini çəkib qəzetlərdə yazdıqları məqalədə muzdlu kimi təqdim edirdilər. Amma bu, yalan idi». Baukkart özü Əl-Baydaya gedərək inqilabçıların əsir götürdüyü 56 «muzdlu» ilə görüşmüşdü. Onların heç biri əcnəbi deyildi. Donatella Rover də Liviyada heç bir muzdlu izi aşkar etməyib. Onun sözlərinə görə münaqişənin əvvəlində ölkədə olan Mərkəzi Afrikadan gəlmə fəhlələr Qərb mətbuatında «muzdlu döyüşçülər» kimi təqdim edilirdi. Müxalif hökumət həmin işçilərdən «muzdlu döyüşçü» imici yaradaraq münaqişənin sonuna kimi ondan istifadə edib. Bu isə liviyalılarda afrikalılara olan nifrəti alovlandırıb. «Amnesty International» təşkilatından Diana Eltaxavi bildirir ki, liviyalı inqilabçılar ksenofobiya atmosferindən istifadə edirdilər. Sonradan «The New York» və «The Guardian» qəzetləri Liviya inqilabının rasizmlə çirkləndiyi haqqında məqalələr dərc etdilər. Azadlıq və ədalətin vəd olunduğu Liviya inqilabı nifrət və ksenefobiya gətirdi. İnqilab xalq arasında bölünmə yarartdı. Bu bölünmə təkcə afrikalılarla liviyalılar arasında yox, eləcə də ərəblərlə qaradərililər arasında da oldu. Liviyada yeni aparteizm yaranıb. Artıq bu ölkədə qaradərililər inqilabın düşməni hesab edilir. İstisnasız olaraq bütün qaradərililər. Afrikalı muzdlular məsələsi bu münaqişədə yeganə yalan deyil. Digər yalan Fransa və onun liviyalı müttəfiqləri tərəfindən manipulyasiya edilən əsgərlərə xüsusi dərmanların verilməsi və kütləvi zorlama halları ilə bağlıdır. Hətta Beynəlxalq Məhkəmənin hakimi Luis Morena Okampo zorlamalarla bağlı əllərində ciddi faktların olduğunu açıqlamışdı. Bu ölkədə araşdırma aparan müxtəlif təşkilatlar yüzlərlə liviyalı ilə görüşüb, onların ifadələrini alıblar. Onların araşdırmasında kütləvi zorlama ilə bağlı bir dənə də olsun fakt aşkarlanmayıb. «Biz kütləvi zorlamanın qurbanı olan bir nəfərə belə, rast gəlmədik. Ümumiyyətlə, belə bir hadisənin olmasının şahidi olan, eşidən kimsəni tapa bilmədik» - deyə Donatella Rover bildirib. Belə aydın olur ki, Qəzzafi əsgərlərinin kütləvi zorlama həyata keçirməsi ilə bağlı informasiya yalan olub və aparılan təbliğat kampaniyası çərçivəsində ictimai fikri manipulyasiya etmək məqsədi daşıyıb».
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info