“UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”
Tarix: 24.11.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin nümayəndə heyəti UNEC-də olub. Səfər çərçivəsində iki ali təhsil ocağı arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsi həyata keçiriləcək. O cümlədən tərəflər ortaq elmi tədqiqat aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər. UNEC rektoru, professor Ədalət Muradov qonaqlara universitetin inkişaf strategiyasının istiqamətlərindən söz açıb. O, UNEC-in dünyanın tanınmış universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramlarından danışıb. Bildirib ki, UNEC xaricdə filialı olan və dörd dildə təhsil verən yeganə Azərbaycan universitetidir. UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca rəhbərlik etdiyi ali məktəbin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib. “UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”, deyə bildirən rektor Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan yüksək təəssüratla ayrıldığını qeyd edib. Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar UNEC-in doktorantura təhsilini yüksək qiymətləndirərək, gələcəkdə bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildiriblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info