“Cənub Qaz Dəhlizi” layihəsi Avropa üçün önəmlidir
Tarix: 24.11.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo ilə görüşüb. Görüşdə Azərbaycan və AYİB arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib, ölkəmizdə aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri bank rəsmisinin diqqətinə çatdırılıb.
Nazir Şahin Mustafayev Azərbaycan və AYİB arasındakı səmərəli və uzunmüddətli əməkdaşlığın olduğunu, Bankın ölkəmizdə özəl sektorun maliyyələşdirilməsi, enerji, infrastruktur və s. sahələrə dəstək göstərdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və AYİB arasında mühüm layihələrdən olan “Cənub Qaz Dəhlizi” layihəsi həm Azərbaycan, həm də Avropa üçün önəmlidir. Bu baxımdan AYİB-in Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin maliyyələşdirilməsinə vəsait ayırmasını təsdiq etməsi əhəmiyyətlidir.
AYİB-lə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafayev Bankın infrastruktur layihələrinin reallaşdırılmasına və biznesin inkişafına dəstək göstərməsinin önəmini diqqətə çatdırıb. Bildirilib ki, AYİB-in maliyyə dəstəyi ilə Gəncə-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun, Bəhramtəpə-Biləsuvar və digər avtomobil yollarının tikintisi nəzərdə tutulur. Azərbaycan tullantıların idarə olunması, ekoloji və KOS-lara dəstək sahələrində də AYİB-lə əməkdaşlıq edir. Bankın baş ofisində Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək. AYİB-in Bankçılıq üzrə vitse-prezidenti Alan Pilo Azərbaycanda iqtisadi sahədə, o cümlədən sahibkarlığın inkişafı, gömrük, lisenziyalaşdıma və digər sahələrdə aparılan islahatları vurğulayaraq, bankın bu addımları dəstəklədiyini diqqətə çatdırıb. AYİB Direktorlar Şurasının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə dair sənədi təsdiq etməsini qeyd edən Alan Pilo layihə çərçivəsində Bankla Azərbaycan arasında sıx əməkdaşlığın həyata keçirildiyini və layihənin önəmli olduğunu vurğulayıb. Bildirilib ki, bank Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılmasına hər zaman dəstək göstərməyə hazırdır. Bundan başqa, KOS-lara maliyyə dəstəyinin göstərilməsi, banklara maliyyənin ayrılması və bərpa olunan enerji sahələrində də əməkdaşlıq imkanları genişdir.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info