Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir
Tarix: 24.11.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Səfiri Erkan Özoral: “Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər”
Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər. Nazir Şahin Mustafayev Türkiyənin Cocuq Mərcanlıda həyata keçirmək istədiyi layihənin qəsəbənin inkişafında və əhalinin sosial rifahının yaxşılaşdırılmasında əhəmiyyətli olacağını vurğulayıb. Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini və bir sıra uğurlu layihələrin reallaşdırıldığını qeyd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin oktyabrında Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının keçirilməsinin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi baxımından önəmi vurğulanıb. Qeyd edilib ki, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması tarixi hadisədir və bu marşrut nəqliyyat əlaqələrini genişləndirməklə, iştirakçı ölkələr üçün yeni iqtisadi imkanlar açır. Nazir Şahin Mustafayev gələn il Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatının keçirilməsinin əhəmiyyətini də diqqətə çatdırıb. Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, o cümlədən Preferensial Ticarət Sazişinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info