Yeni trend ərzaq məhsulları qara rəngli olacaq
Tarix: 24.11.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Dr. Gaye:
“Ən yaxşı qurudulmuş meyvə və ya şokolad olmasından asılı olmayaraq, əgər onun qablaşdırılması, üzərindəki mətni, dizaynı cəlbedici deyilsə, istehlakçı onu almaq istəməyəcək”

Bu gün dünyada ərzaq məhsulları bazarında davamlı dəyişikliklər müşahidə edilir. Belə ki, istehlakçının diqqətini cəlb etmək, onda məhsula qarşı maraq oyatmaq məqsədilə məhsulun yeni formalarda istehsalı təşkil edilir, müxtəlif cür qablaşdırılır. Bu istiqamətdə dünya bazarında rəqabət getdikcə güclənməkdədir.
Artan rəqabət yeni trendlər ortaya çıxarır. Morgaine Gaye “NFV EXCO Dried” beynəlxalq sərgisində bu sahədə baş verəcək dəyişikliklərlə bağlı çıxış edib. Gaye istehlak edilən qidaların insanların zövqünü müəyyən etdiyini, qida və qəlyanaltı trendlərinin yaxın 10 ildə tamamilə dəyişəcəyini bildirib. O qeyd edib ki, dükanların rəflərində olan qidaların qablaşdırılması, forması, üzərindəki yazılar onun istehlakçı tərəfindən necə qəbul edildiyini göstərir. M.Gaye bildirib ki, dünyanın ən yaxşı qurudulmuş meyvəsi və ya şokoladı olmasından asılı olmayaraq, əgər onun qablaşdırılması, üzərindəki mətni, dizaynı cəlbedici deyilsə, istehlakçı onu yenidən görmək, almaq istəmir. İstehlakçılar internet və sosial medianın həyatımıza daxil olması ilə ərzaq məhsullarında sürpriz sayıla biləcək yeniliklər istəyir. Məhsullarda müxtəlif şəkillər, bəzəklər, təqdimatlar görmək istəyirlər ki, bunun nəticəsində, məsələn, kubok formasında müxtəlif şirniyyatlar rəfləri bəzəyir. Qarşıdakı illərdə belə məhsulları daha çox görəcəyik.

Ərzaqların rəngləri dəyişəcək
Ərzaqların ağ rəngdən uzaqlaşaraq daha tünd rənglərə yönələcəyini deyən Gaye bildirib ki, istehlakçılar indi dizayn və daddan əlavə, məhsulun orqanizmə təsiri ilə maraqlanırlar: “Biz təbiətə dönmək istəyirik. Birincisi, gələn ildən etibarən qara rəngli ərzaqlar dəbdə olmağa başlayacaq. Qara rəngli çörək, qara düyü trend olacaq". Gaye, təqdimatında, önümüzdəki 10 il içərisində bu gün adı çəkilməyən meyvələrin daha çox istehlak ediləcəyini söyləyib: “Dəb, istehlakdan əvvəl tullantıya gedən qida məhsullarında da öz əksini tapacaq. Gələcəkdə tullantılar təkrar canlanacaq. Məsələn, ananas yarpaqlarından hazırlanan dəri məmulatları istehlakçıların xoşuna gələcək”. Bu gün qurudulmuş meyvə kimi məşhur məhsullara ekoloji cəhətdən faydalı olan yosunun da əlavə olunacağını deyən Gaye bildirib ki, aşağı kalorili məhsullara yönəlmə var. Dəniz yosunu başda olmaqla bir çox göbələk növü məşhur olacaq. Qəlyanaltı bazarında yaş həddinin dəyişməsindən danışan Gaye deyib ki, yeni nəsil ilk olaraq qidanın tərkibinə baxır, sonra onu sosial aləmdə paylaşır. Bu vərdiş 30 yaşdan yuxarı insanlara da təsir edib: “Gələn il əşya dizaynına malik ərzaq məhsulunu daha çox görəcəyik”.

Banan kimi soyula biləcək dondurma
Gaye deyib ki, süd deyil, ancaq süd kimi istehlak ediləcək məhsullar da market rəflərində yer almağa başlayacaq: “İstehlakçılar yeniliklərlə daha sürətli şəkildə qarşılaşacaq. İstehlakçılar kaju və badam südünü istehlak etməyə başlayacaq, badam, qaragilə daha da məşhur olacaq. Qarşıdakı illərdə biz daha çox kokos məhsulları görəcəyik. Gələcəkdə hər kəsin istehlak edə biləcəyi məhsulların sayı artacaq və hətta banan kimi soyula bilən dondurma belə, istehsal ediləcək”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info