Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram
Tarix: 24.11.2017 | Saat: 03:01:00 | E-mail | Çapa göndər



İl ərzində üç beynəlxalq turnirdə iştirak etmişəm. Həmin turnirlərin ikisini qələbə ilə başa vura bildim. Hesab edirəm ki, bu il mənim üçün uğurlu olub. Fəxr edirəm ki, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda ucaltmağa nail oldum. Nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycan idmanını təmsil etmək qürurvericidir.
Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının üzvü, tanınmış kikboksçu, nüfuzlu beynəlxalq yarışların qalibi Xəyal Əhmədov AZƏRTAC-a açıqlamasında bildirib.
Azərbaycanı gələn il keçiriləcək beynəlxalq yarışlarda da təmsil edəcəyini vurğulayan X.Əhmədov deyib: “Həmin yarışlarda uğur qazanmaq üçün ciddi hazırlaşıram. Yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Ölkəmizdə idmanın inkişafına, eləcə də idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də beynəlxalq yarışlarda iştirakla bağlı daim bizi dəstəkləyir və idmançıları həmin turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə həvəsləndirir”.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
“Valensiya“ İspaniya Kubokunun qalibi olub
25.05.2019
“Arsenal“ klubunun futbolçuları Bakıdadırlar
25.05.2019
Eden Azar “Çelsi”yə ultimatum verib
25.05.2019
Françesko Toldo: Azərbaycan bütün dünyanın izləyəcəyi tədbirə ev sahibliyi edir
25.05.2019
Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa Çempionatında qruplar arasında finala yüksəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info