Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
Tarix: 24.11.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”nda iştirak və “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafında dair Strateji Yol Xəritəsi”nin icrası istiqamətində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Energetika Nazirliyinin əməkdaşları Eldar Şiriyev və Otel Hüseynov Belarusda səfərdə olublar.

Qeyd edək ki, Strateji Yol Xəritəsində texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi nəzərdə tutulur. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu tədbirin icrası üçün Belarus təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə nazirliyinin nümayəndələri istehlakçıları təbii və mayeləşdirilmiş qazla təmin edən "Minskoblgaz” Unitar Müəssisəsinə baş çəkiblər. Minsk vilayətinin qaz təchizatı şəbəkələrinin mərkəzdən interaktiv idarəetmə sistemi ilə tanış olublar. Bildirilib ki, ölkənin ən böyük qaz təchizatçılarından olan müəssisə qaz paylama sisteminin idarə olunmasını, istehlakçılara qaz təchizatını, qazpaylayıcı sistemə aid obyektlərin mərkəzləşdirilmiş idarəedilməsinin təşkilini, qaz təchizatı sisteminin istismara buraxılmasını, qazpaylama sisteminin obyektlərində enerji qənaət avadanlıqlarının və qabaqcıl texnologiyaların istifadəsini və ətraf mühitə zərərli təsirini azaldan avadanlıqlarla təchiz olunmasını təmin edir. Eyni zamanda qazpaylama sisteminin obyektlərinin yanğından mühafizə, sənaye və ətraf mühitin təhlükəsizliyinin təmin olunması tədbirlərini həyata keçirir. Bütün növ istehlakçıları, müasir qaz ölçü cihazları, enerji qənaət texnologiyaları və s. ilə təmin edir.

Müəssisədə keçirilən görüşdə qaz təchizatı sahəsində hər iki ölkənin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın neft-qaz sənayesində həyata keçirilən islahatlar və əldə edilən uğurlar barədə məlumat verilib, “ Cənub Qaz Dəhlizi” layihəsinə dair videoçarx nümayiş etdirilib.

Nümayəndə heyəti “Minsk Təmir-İstehsalat İdarəsi”, “Maye Qazın Təchizatı Sahəsi”, “Qaz Tənzimləyici Məntəqələri və Əhaliyə Xidmət Mərkəzi”, “Rudenski” Qazdoldurma Stansiyası”nın işi ilə tanış olublar.

Energetika Nazirliyinin nümayəndələri “Müxtəlif Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası, Təqdimat və İnkişaf Siyasəti Forumu”na da qatılaraq, çıxışlar ediblər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info