Şərur rayonundakı qədim tarixi abidədə bərpa işləri aparılır
Tarix: 24.11.2017 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində olduğu kimi, Şərur rayonu ərazisində mövcud olan tarixi-memarlıq abidələrinin bərpasına da xüsusi diqqət yetirilir. Məqsədyönlü və sistemli şəkildə aparılan bu işlər rayonun Yengicə kəndindəki qədim hamamı da əhatə edib.

AZƏRTAC xəbər verir ki, hazırda Yengicə hamamında bərpa işləri aparılır. Hamamın fasad hissəsində üzləmə işləri yekunlaşmaq üzrədir. Burada qırmızı kərpicdən istifadə edilir. Memar və ustalar hamamın ilkin quruluşunun qorunub saxlanılması üçün səy göstərir, milli memarlıq ənənələri əsasında bərpa işlərini davam etdirirlər.

Dam örtüyü bərkidildikdən sonra isə günbəzlərin üzlənməsi nəzərdə tutulub. Hamamın daxilində də bərpa işləri aparılır. Bərpa işləri başa çatdıqdan sonra ətraf abadlaşdırılacaq, yenidən həyata vəsiqə alan tarixi abidə kəndin mənzərəsinə yeni çalarlar gətirəcək.

Qeyd edək ki, Yengicə hamamı kəndin mərkəzində böyük bir ərazini tutan Çarşıbazarın başlanğıcında inşa olunub. Şərq memarlığı üslubunda inşa edilmiş bu hamam yerli əhalinin fikrincə, XVIII əsrdə əslən Şahtaxtı kəndindən olan Tovuz xanım adlı qadın tərəfindən tikdirilib. Müəyyən dağıntılara uğrasa da, zəmanəmizədək gəlib çatıb. Hamamın ümumi sahəsi 650, daxili sahəsi isə 545 kvadratmetrdir. Bina bişmiş kərpiclə əhəng məhlulu istifadə olunmaqla tikilib. Zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, hamamın daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info