“Mehriban Əliyeva Çin ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir”
Tarix: 24.11.2017 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekində bir sıra təşkilatlarla əməkdaşlıq perspektivlərini müzakirə edib.
Fondun icraçı direktoru Anar Ələkbərovun Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədri xanım Li Siaoli, Cəmiyyətin sədr müavini Sun Cinvu ilə görüşündə Heydər Əliyev Fondu və Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin fəaliyyət istiqamətləri, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Çin Xalq Respublikası ilə ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Yaxın dostluq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi üçün Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti ilə əməkdaşlığa Heydər Əliyev Fondunun dəstək göstərməyə hazır olduğu qeyd edilib. Anar Ələkbərov gələcək layihələrin müzakirəsi məqsədilə xanım Li Siaolini Azərbaycana dəvət edib.
Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin sədri Li Siaoli Azərbaycan ilə əlaqələrin genişlənməsi üçün hərtərəfli imkanların olduğunu bildirib. O, məmnuniyyətlə Azərbaycana səfər edəcəyini deyib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, eyni zamanda, iki ölkənin sürətli inkişafı və gələcəkdə bütün sahələrdə birgə əməkdaşlığın reallaşdırılması barədə danışaraq, Heydər Əliyev Fondunun nəzərdə tutulan layihələrinin ölkələr və xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına xidmət edəcəyini bildirib.
Görüşdə Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin bu istiqamətdə geniş imkanlara malik olduğu qeyd edilib.
Sonra Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti arasında dostluq və əməkdaşlıq haqda Memorandum imzalanıb.
Azərbaycan nümayəndə heyəti Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyətinin muzeyi ilə tanış olub.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Van Cincen ilə də görüşüb.
Danışıqlar zamanı “Bakı Ekspo 2025”in təqdimatı olub, eyni zamanda, 2019-cu ildə Pekində keçiriləcək bağçaçılıq sərgisinə dair müzakirələr aparılıb.
Çin Beynəlxalq Ticarətin Təbliğatı Agentliyinin sədr müavini Van Cincen “Bakı Ekspo 2025”in təqdimatına və Azərbaycanın “Pekin 2019” sərgisində iştirakına qərar verdiyinə görə məmnunluğunu bildirib.
Görüşdə “Pekin Ekspo 2019” və Bakının 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizədlik məsələləri ilə bağlı davamlı müzakirə barədə razılıq əldə olunub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info