“Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” kitabı müzakirə olunub
Tarix: 24.11.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı” na daxil edilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi olub.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən Sərəncamın mahiyyəti barədə məlumat verib.Qeyd edilib ki, bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına təsir edəcək mühüm amil kimi əhəmiyyətlidir.Vurğulanıb ki, Ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, xüsusən “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı müraciətlə tanışlıq gənc və yeniyetmələrin milli dövlətçilik, vətənpərvərlik ruhunda böyüməsində əsaslı rol oynayır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov siyahıda yer almış “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətiadı ilə təqdim olunan həmin kitabı xalqımızı böyük Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirib. Müraciətdə milli tariximizin bütün dövrləri kimi, ötən əsrin 90-cı illərinin əvvəlləri də çox incə detallarına qədər təhlil edilir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli qeyd edib ki, tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edir. Bildirilib ki, vaxtilə Azərbaycanın böyük bir ziyalı nəslini yetişdirən Qori Müəllimlər Seminariyasında da oxunması zəruri olan kitabların siyahısı təsdiq olunub.
Vurğulanıb ki, digər tərəfdən “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması, “Nizaminin hikmət və nəsihətləri”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri”, Hüseyn Cavidin “Azər” poeması, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı və adını qeyd etmədiyimiz digər mühüm kitabların hər biri tərbiyəvi əhəmiyyəti ilə seçilməklə yanaşı, insanın mənəvi cəhətdən zənginləşməsinə, adət-ənənələrimizə, milli əxlaqi dəyərlərimizə sədaqətli olmasında, dünyagörüşünün formalaşmasında əsaslı rol oynayırlar. Sonda tələbələrin mütaliə ilə bağlı rəy və təklifləri dəyərləndirilib. Səadət Əliyeva NDU Mətbuat Şöbəsinin Müdiri




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info