Xəzər rayonunda 675 nəfər işlə təmin olunub
Tarix: 24.11.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Xəzər rayon Məşğulluq Mərkəzində müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi ilə əlaqədar işəgötürənlərin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da rayon ərazisində fəaliyyət göstərən müxtəlif orta və iri müəssisələrin nümayəndələri ilə əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin gücləndirilməsi üçün qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Gülşən Sadıxova bildirib ki, dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin rolu böyük əhəmiyyət kəsb edir və buna görə də onlarla əməkdaşlıq etmək həm vətəndaşların tez bir zamanda işlə təmin olunmasına yardım edir, həm də işsizliyin azaldılmasına xidmət edir.
İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun məsləhətçisi Ruslan Sadıqov qeyd edib ki, cari ilin yanvar-oktyabr aylarında Xəzər rayon Məşğulluq Mərkəzi 675 nəfəri münasib işlə təmin edib və 110 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq və əlavə təhsil kurslarına cəlb olunub. Mərkəzin təşkil etdiyi peşəyönümü tədbirlərinə cəlb olunan 708 nəfər gəncə məsləhətlər verilib. Rayon üzrə 18 ailə özünüməşğulluq proqramından bəhrələnib.
Tədbirdə iştirak edən müəssisələrin nümayəndələri qeyd ediblər ki, Məşğulluq Mərkəzi ilə əməkdaşlıq etmək onların da maraqlarına uyğundur və onu daha da inkişaf etdirmək üçün təkliflər veriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info