Rusiyada azərbaycanlıların yeni təşkilatı yarana bilər
Tarix: 24.11.2017 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının regional Azərbaycan icmalarının nümayəndələri akademik Fazil Qurbanova məktublarla müraciət ediblər. Məktublarda bildirilir ki, müəlliflər akademikə qüsursuz reputasiyalı, işə peşəkarlıqla yanaşan və fəal həyat mövqeyi ilə seçilən, Rusiyanın Azərbaycan diasporunun lideri olmağa layiq bir insan kimi müraciət edirlər (AZƏRTAC).
Məktublarda həmçinin qeyd edilir ki, Rusiyada Azərbaycan diaspor təşkilatlarının sayı çoxdur, buna baxmayaraq Ümumrusiya Azərbaycanlılar Konqresinin ləğv edilməsi bu istiqamətdə böyük boşluq yaradıb.
Regional təşkilatlar uzun illər boyu Rusiya Federasiyasının ictimai həyatında böyük rol oynayıb, Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanlarını genişləndirib, Azərbaycan tarixi, bu ölkənin yüksək mənəvi mədəniyyəti barədə həqiqəti Rusiyanın geniş ictimaiyyətinə çatdırıblar.
Onu da qeyd etmək lazımdır ki, həmvətənlərimiz Rusiya Federasiyasının ictimai həyatında, o cümlədən Ümumrusiya Xalq Cəbhəsinin fəaliyyətində mühüm rol oynayıblar.
Rusiyanın Prezidenti Vladimir Putinin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xeyir-duası ilə yaradılmış təşkilat, təəssüf ki, RF-də oynadığı fəal rolu itirib. Onun mühüm tövsiyə və məsləhətlərə etinasızlıq göstərməsi nəticəsində kədərli bir vəziyyət yaranıb.
Səhvlər çox olub və bu gün - Rusiyanın demokratik, qanunun aliliyi prinsipinin rəhbər tutulduğu bir ölkəyə çevrildiyi vaxtda belə qüsurlar qaçılmaz nəticələrə gətirib çıxarıb.
Məktubların müəllifləri akademik Fazil Qurbanovun fəaliyyətini yüksək qiymətləndirərək ondan, həmvətənlərimizi birləşdirə biləcək və əvvəlki təşkilata həvalə olunmuş, sonra isə itirilmiş məqsədləri həyata keçirə biləcək yeni təşkilata rəhbərlik etsin, həmçinin Azərbaycan icmasının Rusiya cəmiyyətində mühüm və qüdrətli bir qüvvəyə çevrilməsi üçün hər cür şərait yaratmasını xahiş edirlər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Səkkiz ayda Azərbaycana gələn əcnəbilərin 41,3 faizi hava nəqliyyatından istifadə edib
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info