«Bu, iqtisadi qərardır və biz bunu anlayışla qarşılayırıq»
Tarix: 16.05.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Rövnəq Abdullayev: “ARDNŞ və «Transneft» arasında neftin nəqlinin kommersiya şərtləri ilə bağlı müzakirələr aparılacaq”

“Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib. R.Abdullayev bildirib ki, Rusiya hökumətinin bu müqaviləni ləğv etməsi Azərbaycan tərəfi üçün gözlənilməz olmayıb: “Bu məsələ ilə bağlı ARDNŞ və “Transneft” arasında müzakirələr artıq bir neçə ildir davam edirdi”. ARDNŞ rəhbərinin sözlərinə görə, vaxtı ilə bu kəmərin işə düşməsi Azərbaycanın ilk neftinin nəqlinə imkan verib. Amma ötən vaxt ərzində Azərbaycanın tranzit imkanları genişlənib: “Hazırda Azərbaycan nefti Bakı-Ceyhan, Bakı-Supsa kəmərləri, eləcə də dəmiryolu ilə nəql oluna bilir”. Nəticədə, son illər Bakı-Novorossiysk kəməri ilə ildə 2,5 mln. tona yaxın neft nəql edilib. Müzakirələrdə “Transneft” şirkəti Azərbaycan tərəfinə bəyan edib ki, kəmərlə bu həcmdə neftin nəqli onun üçün ildə təqribən 50 mln. dollar itkilərə səbəb olur. R.Abdullayev deyib ki, Azərbaycanın «Transneft»in bu arqumentlərini qəbul edib: «Biz də bilirik ki, bu müqavilənin imzalandığı 1996-cı ildən sonra çox şey dəyişib və kəmərin tarifləri onların xərclərini ödəmir, onlar da böyük itkilərlə üzləşirlər». Bununla yanaşı, Azərbaycan tərəfi Rusiyaya bəyan edib ki, kəmərlə neftin nəqli hökumətlərarası sazişlə tənzimləndiyinə görə, Azərbaycan burada nəzərdə tutulandan artıq ödəniş apara bilməz: «Hətta bu qiymətin üzərinə 1-2 sent də əlavə etmək və bu itkiləri kompensasiya etmək imkanı yoxdur». Nəticədə, Rusiya tərəfi müqaviləyə uyğun olaraq, 6 ay əvvəlcədən xəbərdarlıq etməklə müqaviləni dayandırıb. R.Abdullayev bunun iqtisadi qərar olduğunu və burada heç bir siyasi amilin olmadığını vurğulayıb: «Bu, iqtisadi qərardır və biz bunu anlayışla qarşılayırıq». ARDNŞ prezidentinin sözlərinə görə, 2013-cü ilin sonunadək Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli əvvəlki şərtlərlə davam edəcək, paralel olaraq ARDNŞ və «Transneft» arasında neftin nəqlinin kommersiya şərtləri ilə bağlı müzakirələr aparılacaq, gələn ildən isə neft Rusiya ərazisi ilə kommersiya şərtləri ilə nəql edilə bilər. R.Abdullayev bildirib ki, müqavilənin ləğvi Azərbaycan neftinin dünya bazarlarına nəqlinə problem yaratmayacaq: «Biz Bakı-Novorossiysk kəmərini Azərbaycan neftinin nəqlində diversifikasiya imkanlarından biri kimi qəbul edirik və bir neçə ildir ki, bu kəmərlə neftin nəqli də diversifikasiya məqsədi daşıyıb». Onun sözlərinə görə, hazırda Azərbaycanın öz neftini digər kəmərlərlə nəql etmək imkanları kifayət qədərdir. R.Abdallyev qeyd edib ki, neftin kommersiya şərtləri əsasında tranziti zamanı nəqletmə tarifləri indikindən daha yüksək ola bilər, amma hər şey danışıqlardan asılı olacaq. Belə ki, Azərbaycan tərəfi bu danışıqlarda bəzi məsələləri, o cümlədən keyfiyyət bankı məsələsini qaldırmaq niyyətindədir. Məsələ bundadır ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan nefti ilə yanaşı, Rusiyanın «Urals» və Qazaxıstan nefti nəql olunur. Nəql prosesində neft sortları bir-birinə qarışdığına görə, nəticədə daha keyfiyyətli olan Azərbaycan nefti Novorossiyskdan keyfiyyətcə aşağı və qiyməti nisbətən ucuz olan «Urals» markası adı ilə satılır. Bu da Azərbaycan tərəfinin itkilərinə səbəb olur. «Biz baxacağıq, əgər sərfəli olsa, bu işi davam etdirəcəyik. Biz «Transneft» şirkətinə uzunmüddətli əməkdaşlığa görə təşəkkür edirik və bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik». Bakı-Novorossiysk boru kəmərindən istifadə ilə bağlı Azərbaycan və Rusiya arasında aparılacaq danışıqlarda kəmərin revers istiqamətdə fəaliyyət göstərməsi variantı da müzakirə ediləcək. Rövnəq Abdullayev bildirib ki, kəmərin əks istiqamətdə işləməsi yolu ilə Azərbaycana Rusiya nefti nəql oluna bilər: «Bu neft Bakıda inşa ediləcək yeni neft-kimya kompleksində istifadə oluna, Azərbaycan ərazisində emal edilə və ya digər istiqamətlərə ixrac edilə bilər». ARDNŞ rəhbəri bildirib ki, hazırda şirkətin müvafiq qurumları kəmərdən istifadə ilə bağlı Rusiya tərəfi ilə müzakirə etmək üçün müxtəlif variantlar üzərində işləyir: «Çalışacağıq ki, hər iki tərəfi qane edən və qazanc gətirən biznes quraq».
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info