Milli Kitabxanada Gülhüseyn Kazımlının kitabı təqdim olunub
Tarix: 24.11.2017 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Noyabrın 24-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında yazıçı-publisist Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa. Əsgər ağa Gorani” kitabının təqdimatı keçirilib. Yeni nəşr ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olan jurnalist, tərcüməçi və dramaturq, aktyor Əsgər ağa Goraninin fəaliyyətindən və yaradıcılığından bəhs edir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış elm, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov və başqaları çıxış edərək kitabın məziyyətlərindən söhbət açıblar.
Bildirilib ki, Əsgər ağa Gorani Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifidir. İctimai fikir tariximizin inkişafında əvəzsiz xidmətləri olan Ə.Gorani bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi də tanınır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info