Milli Qəhrəmanın xatirəsi anılıb
Tarix: 24.11.2017 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə universitet rəhbərliyi, müəllimlər, tələbələr və bu ali təhsil ocağının məzunu, şəhid Elşad Əliyevin anası Flora Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun təhsil aldığı xüsusi texnika və texnologiya fakültəsində onun xatirəsinə yaradılan fotostendlə tanış olublar.
AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilən tədbirdə Çingiz Qurbanovun tələbəlik illərini xatırlayan müəllimlər onun vətənpərvər, fəal gənc olduğunu vurğulayıblar.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə AzTU-nun xüsusi texnika və texnologiya fakültəsini bitirib. Elə həmin il hərbi xidmətə başlayan Çingiz Qurbanov Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmənin kəşfiyyat-təxribat qrupunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Məkrli düşmən şəhidin nəşini verməkdən boyun qaçırsa da, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində Çinfiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info