Məcburi köçkün ailələrinə veriləcək mənzillərin püşkatması keçirilib
Tarix: 24.11.2017 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi çərçivəsində görülən işlər davam edir.
Xətai rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə prospektindəki, 20 a ünvanında qəzalı binanın həyətində məskunlaşan məcburi köçkün ailələrinin rayonun Telnov küçəsində yeni inşa olunmuş çoxmənzilli yaşayış binasına köçürülməsi üçün püşkatma keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin idarə rəisi Elman İsmayılov və 15 məcburi köçkün ailəsi iştirak edib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar Əhmədov yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra püşkatma mərasimi keçirilib. Yeni mənzil alan məcburi köçkünlər bildiriblər ki, qəzalı binalardan yeni inşa olunan və tam təmirli mənzillərə köçürülmə Prezident İlham Əliyevin onlara olan qayğısının nəticəsidir.
Püşkatmada iştirak edən 15 ailə yaxın günlərdə yeni inşa olunmuş çoxmənzilli yaşayış binasına köçürüləcəkdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info