“Hər il YAP-ın sıralarına 30 min üzv daxil olur”
Tarix: 16.05.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Dünən YAP Xətai rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyası rayon-şəhər təşkilatları sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirildi. YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirdi ki, bu gün partiyanın rayon-şəhər təşkilatlarının sədrləri ilə ənənəvi görüşlərdən biri keçirilir:"Yeni Azərbaycan Partiyası prezident seçkilərinə ciddi hazırlaşır. Partiya müəyyənləşdirdiyi seçki proqramına uyğun olaraq tədbirlərini həyata keçirməkdədir. Təbii ki, YAP-ın geniş, şaxələnmiş rayon təşkilatı strukturları mövcuddur. Partiyanın bütün seçki proqramları rayon təşkilatları birgə səyləri əsasında reallaşır. Bugünkü müşavirədə seçki ilə əlaqədar müəyyən məsələlər ətrafında, eyni zamanda bundan əvvəl verilən tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılacaq və növbəti dövr üçün tövsiyələr veriləcək".
Seçkiyə ciddi şəkildə hazırlaşmalı olduqlarını deyən Ə.Əhmədov bildirdi ki, hazırlıq prosesində Yeni Azərbaycan Partiyasının bütün strukturlarının, fəallarının yaxından iştirak etməsinə çalışılır. Qeyd edildi ki, YAP-ın 600 min üzvünün seçki kampaniyasının bütün mərhələlərində yaxından iştirak etməsi bütövlükdə ölkədə seçki fəallığının artmasına müsbət təsir göstərəcək. Ə.Əhmədov bildirdi ki, oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının yüksək fəallıq şəraitində iştirak etməsi üçün böyük işlər görülməkdədir: "Hazırlanan seçki proqramına uyğun olaraq bütün rayon və şəhər təşkilatlarında ciddi işlər aparılır. Artıq xeyli müddətdir ki, partiyanın bütün strukturları qarşıya qoyulan məsələlərin həyata keçirilməsinə səfərbər edilib. Partiyanın üzvlərinin 40 faizini gənclər təşkil edir. Gənclər seçki proqramına uyğun olaraq səfərbər ediliblər. Yəni bütün sahələr üzrə Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparmaqdadır." Bildirildi ki, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurunu təmin edən həlledici amil İlham Əliyevin namizədliyinin irəli sürülməsidir: "Bütün proseslərin təhlili onu göstərir ki, Azərbaycan cəmiyyəti cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və seçki müddəti yaxınlaşdıqca, bu dəstəkdən irəli gələn əhvali-ruhiyyə daha aydın şəkildə özünü göstərməkdədir. Bu, seçki qabağı cəmiyyətin ovqatının aydın ifadəsidir. Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin İlham Əliyevin namizədliyini dəstəkləməsi Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurunu təmin edən əsas amil kimi nəzərdən keçirilir". Ə.Əhmədov bildirdi ki, Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son on ildə böyük inkişaf yolu keçib, iqtisadiyyatımız yüksəlir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, büdcə 20 dəfədən çox artıb. Qeyd edildi ki, Azərbaycanın iqtisadiyyatının inkişafı digər sahələrdə də yüksəlişin əldə olunmasına stimul verir. Bugünkü Azərbaycanı 20 il bundan öncəki Azərbaycanla müqayisə edəndə böyük fərqin şahidi oluruq. Təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir. O da vurğulandı ki, ölkəmizdə həyata keçirilən islahatların və Prezident siyasətinin çox uğurlu cəhətlərindən biri Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının təmin edilməsidir: “Dövlət başçısı İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafı üçün bölgələrin tərəqqisini qarşıya ən ümdə məqsəd kimi qoydu. Regionların inkişafı proqramının məqsədi məhz insanlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, sosial məsələləri həll etmək, xalqımızın rahat yaşaması üçün şərait yaratmaqdır. Regionların inkişafını ölkənin hərtərəfli tərəqqisi üçün başlıca amil kimi önə çəkən ölkə başçısı bununla respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan islahatların keyfiyyətcə yeni mərhələ üzrə inkişafını həlli vacib məsələ kimi diqqətə çatdırdı. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan dünya iqtisadiyyatına inamla inteqrasiya edən dövlət kimi sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq ictimaiyyətin marağını cəlb etdi. Dünya miqyasında iqtisadi inkişaf sahəsində birinci olmaq, əlbəttə, asan məsələ deyil. Bunun səbəbi islahatlar, düşünülmüş siyasət, vaxtında atılmış addımlar və ölkəmizin hərtərəfli inkişafıdır. Bölgələrdə gedən quruculuq, abadlıq işləri, yeni iş yerlərinin yaradılması, yeni zavodların, fabriklərin açılması, bütün bunlar görülən işlərin praktik nəticələridir”. YAP sədrinin müavini qeyd etdi ki, bu gün Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti ölkəmizdə həyata keçirilən siyasətdən razılıqlarını ifadə edirlər. Bu razılığın ifadə olunması üçün kifayət qədər əsaslar var. Düzgün siyasət daim ölkəni inkişafa, tərəqqiyə aparır: “Partiyanın sıralarında 600 min üzv birləşib ki, bu, böyük qüvvədir. YAP-ın sıraları davamlı olaraq artır. Hər il partiyanın sıralarına 25-30 min üzv daxil olur. Bu ondan xəbər verir ki, Azərbaycan vətəndaşları Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inanır. İkinci bir tərəfdən siyasi taleyini YAP ilə bağlayanlar atdıqları bu addımın doğru olduğu qənaətindədirlər və ətrafdakı insanlar da partiyanın ölkənin tərəqqisi, insanların rifah halının yaxşılaşması istiqamətində fəaliyyət göstərdiyini yüksək dəyərləndirərək, bu təşkilata üzv qəbul olunmaq haqqında qərara gəlirlər”.
O da qeyd olundu ki, YAP mövcud oduğu bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan ictimai-siyasi gərginliyin aradan qaldırılmasında, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi islahatların həyata keçirilməsində, sonrakı illərdə ölkənin tərəqqisinin təmin edilməsində, bugünkü ictimai-siyasi proseslərdə partiyanın üzvləri yaxından iştirak edirlər. Bir sözlə, ölkəmizdə əldə olunan bütün nailiyyətlərdə YAP-ın rolu böyükdür: "Amma eyni zamanda YAP olaraq heç zaman arxayınçılığa yol verməmişik. Yeni Azərbaycan Partiyasının bundan əvvəlki seçki kampaniyalarında uğurunu təmin edən amillərdən biri də ondan ibarət olub ki, seçki prosesinə ciddi şəkildə yanaşılaraq, bütün insani, təşkilati resurslar səfərbər edilib. Təbii ki, qarşıdan gələn prezident seçkilərində də həmin ənənəyə uyğun şəkildə partiyanın bütün resursları səfərbər edilərək, cənab İlham Əliyevin qələbəsinə böyük töhfəmizi vermək niyyətindəyik".
Müşavirədə qarşıda duran vəzifələrə dair geniş fikir mübadiləsi aparıldı, partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyələr verildi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info