“Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir”
Tarix: 24.11.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Bakıda “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfrans keçirilib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezidentin rəhbərliyi ilə uğurlu milli inkişaf modelinin tətbiqi və siyasi-iqtisadi islahatların ardıcıl həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasına qoşulduğunu deyib. Dövlətimizin davamlı inkişafına təkan verən bütün bu tədbirlərin böyük uzaqgörənliklə hazırlanması, inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələrinin qiymətləndirilməsi üçün rəsmi statistika əsas məlumat mənbəyi hesab edilir. “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi barədə ətraflı məlumat verən Tahir Budaqov bildirib ki, Statistika Komitəsinin benefisiarı olduğu və 5 komponenti əhatə edən Tvinninq layihəsinin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olub. Komitə sədri qeyd edib ki, iki il davam etmiş və bu gün uğurlu layihələrdən biri kimi qiymətləndirilən Tvinninq layihəsinin əsas tərəfdaşları kimi Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutu çıxış edib. Bu ölkələrlə yanaşı, Avropa İttifaqına digər üzv ölkələrin, o cümlədən Niderland, Çexiya, Sloveniya, Xorvatiya və Latviyanın 35 yüksəkixtisaslı eksperti Tvinninq layihəsinə məsləhətçi qismində cəlb olunub. Dövlət Statistika Komitəsinin 64 mütəxəssisi layihədə iştirak edib, beynəlxalq ekspertlərin ölkəmizə 37 missiyası həyata keçirilib, komitənin mütəxəssislərinin isə həmin ölkələrə 14 təlim səfəri baş tutub. Sonra Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş Tvinninq layihəsi üzrə 2 il ərzində görülmüş işlərdən bəhs edən videoçarx nümayiş olunub. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Bu ilin doqquz ayında Aİ ölkələrinin Azərbaycanın xarici ticarətində payı 35 faiz, 5 milyard ABŞ dolları təşkil edib. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları olub. Hazırda Azərbaycanda Aİ-nin 1400-dən çox şirkəti fəaliyyət göstərir. Nazir qeyd edib ki, Avropa İttifaqı və ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə 8 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri, 24 üzv ölkə ilə İkiqat vergitutmanın aradan qaldırılması sazişi, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişi imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib. Əməkdaşlıq Tvinninq, TAIEX, SIGMA, büdcəyə dəstək, texniki yardım layihələri vasitəsilə həyata keçirilir: “Bu günədək 45 Tvinninq layihəsi üzrə işlər aparılıb. Bunlardan 29 layihənin icrası müvəffəqiyyətlə yekunlaşdırılıb, 13 layihənin icrası davam edir və 3 layihə hazırlıq mərhələsindədir. Tvinninq layihələri üzrə Azərbaycan regionda liderdir”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas isə qeyd edib ki, ölkəmiz ilə əməkdaşlıq Aİ üçün xüsusi əhəmiyyət kəsb edir. O xatırladıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin hüquqi çərçivəsi 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub, daha sonra isə Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza sadələşdirilməsi və Readmissiya haqqında sazişlərlə əməkdaşlıq imkanları genişlənib. K.Yankauskas bildirib ki, Dövlət Statistika Komitəsi Avropa İttifaqının dəstək proqramlarından davamlı və uğurla bəhrələnir. “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi uğurla icra olunub. Avropa İttifaqının Statistika Bürosunun nümayəndəsi Yuri Skaskeviç isə ötən il sentyabrın 12-16-da və cari il fevralın 6-9-da Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğunluğu baxımından inkişaf səviyyəsinin qiymətləndirilməsinin yekunları ilə bağlı məruzə edib. Yekunda Almaniya Federal Statistika İdarəsinin məsul işçisi, Avropa İttifaqına üzv dövlət tərəfindən layihə rəhbəri Rinqo Raupax Tvinninq layihəsi çərçivəsində görülən işlərə dair hesabatla çıxış edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info