Ərdoğan Əsədlə əməkdaşlığı istisna etmir
Tarix: 24.11.2017 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


ABŞ Suriyanın şimalında hərbi gücünü artıracaq: bölgədəki neft yataqlarını bölüşdürmək uğrunda mübarizə başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə əməkdaşlığın bərpasını istisna etməyib. Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə üçtərəfli görüşdən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"Türkiyə kimi, Suriya tərəfi də PYD-YPG-yə qarşı olduğuna görə, bu prosesin gedişində Ankara ilə Dəməşq arasında yaxın təmas, ortaq çalışma olması mümkündürmü?" sualına prezident Ərdoğan belə cavab verib: "Sabah nələr olacağı o anın şərtləri ilə əlaqəlidir. Bu məsələdə "bir şey olmaz" şəklində, öncədən qəti fikir söyləmək kimi anlayış içərisində olmağımız çox da doğru olmaz. Siyasətin qapıları, bildiyiniz kimi, son ana qədər hər zaman açıqdır". Ərdoğan indiki anda B. Əsədlə təmas qurmaq üçün hər hansı təşəbbüsləri olmadığını söyləyib. Ərdoğan bildirib ki, Rusiya dövlət başçısı Putin bu məsələdə Ankaranın nə qədər həssas olduğunu yaxşı anlayır: “O, bildirdi ki, Əsəd də YPG-nin danışıqlarda iştirak etməsini istəmir. Bu təəccüblü deyil”. Türkiyə lideri yenə də ABŞ-ı tənqid edərək Vaşinqtonun Suriyanın şimalında hərbi gücünü artırdığını qeyd edib. Ərdoğan hesab edir ki, Vaşinqton YPG-yə təkcə hərbi vasitələrlə deyil, insan qüvvəsilə də yardım edir: “ABŞ-ın planı nədir? Onlar nə etmək istəyirlər? Gəlin, onlara qulaq asaq”. Türkiyə dövlət başçısı bildirib ki, yaxın zamanlarda ABŞ dövlət başçısı Donald Trampla bu məsələləri müzakirə etmək istəyir. Ərdoğanın sözlərinə görə, Soçidə keçirilən sammitdə Suriya ilə bağlı Konqresin çağırılması məsələsi müzakirə edilib: “Həmin tədbirdə kimlərin iştirak edəcəyini Türkiyə, Rusiya və İran müəyyən edəcəklər. Biz hesab edirik ki, bütün qruplar orada təmsil olunmalıdır. Amma PYD-YPG kimi terror təşkilatları orada ola bilməz. Konqresin məqsədi Suriya üçün yeni konstitusiya hazırlamaq və BMT-nin nəzarəti altında azad seçkilər keçirməkdir”. Ərdoğan bildirib ki, Soçidə Rusiya, İran və Türkiyə dövlət başçılarının keçirdiyi sammit uğurlu olub və gələcəkdə belə sammit Türkiyə və İranda da keçirilə bilər. Soçi görüşünə qatılmayan ABŞ-ın Suriyanın şimalında hərbi gücünü saxlayacağı ilə bağlı məlumatlar Ankara və Moskvada narazılıqla qarşılanıb. ABŞ mediası yazır ki, “İŞİD”ə qarşı mübarizə başa çatandan sonra da ABŞ Suriyanı tərk etməyəcək. ABŞ Suriyanın şimalında baza yaratmaqla yanaşı YPG-ni də silahlandıraraq , faktiki olaraq Əsədin hərbi gücündən sonra ölkədə ikinci ən böyük silahlı güc formalaşdırır. Ekspertlər hesab edir ki, Suriyanın şimalında yaradılan bazalar Rusiya-ABŞ sövdələşməsinin predmeti deyil. Moskvanı ən çox maraqlandıran məsələ Suriyanın şimalında olan enerji resurslarının bölüşdürülməsidir. Rusiya Federasiya Şurasının komitə rəhbəri Konstantin Kosaçev hesab edir ki, maraqlı güclər final mərhələsində özləri üçün sərfəli şərtlər yaratmağa çalışırlar. Kosaçev hesab edir ki, ABŞ-ın Suriyanın şimalında hərbi gücünü saxlaması Soçidə Türkiyə, İran və Rusiya dövlət başçılarının iştirakı ilə keçirilən sammitlə də təsdiqini tapan real mənzərəni əks etdirir - ABŞ “son anda yanından ötüb gedən gedən qatarın vaqonuna tullanmağa”çalışır. Ekspertlərin nə deməsindən asılı olmayaraq bəllidir ki, Kreml Suriya ilə bağlı strategiyasını qurarkən Birləşmiş Ştatların Suriyanın şimalında mövcudluğu faktını da nəzərə alıb. Proseslər onu göstərir ki, Ankaranın əsəbi və sərt bəyanatlarına baxmayaraq Pentaqon Suriyanın şimalında hərbi iştirakını nəinki azaltmayacaq, əksinə bir qədər də artıracaq. Həm PYD qüvvələri silahlandırılacaq, həm də amerikalı hərbçilər bölgədəki bazada möhkəmlənəcəklər. “Al-Monitor” yazır ki, 2017-ci ilin ikinci yarısında Birləşmiş Ştatların Yaxın Şərq və Afrikanın şimalında olan hərbçilərinin sayı ilin əvvəli ilə müqayisədə 33 faiz artıb. Türkiyəli ekspert Kərim Has “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında deyib ki, heç kim Suriyada Rusiya bazalarını olmasını müzakirə etmədiyi kimi, ABŞ bazalarını olmasını da müzakirə etməyəcək. Bundan sonra əsas məsələ Suriyanın gələcək idarəetməsi və orada kürdlərə veriləcək yerdir. Enerji resursları ilə bağlı məsələ də çox böyük əhəmiyyət kəsb edir: “Suriyanın şimalında neft yataqları var. Rusiya istəyir ki, kürdlər üç məsələdə Dəməşqdən asılı olsunlar - hərbi, xarici siyasət və enerji sferası. Ruslar israr edir ki, kürdlər enerji məsələsində Dəməşqdən və Dəməşq vasitəsilə Moskvadan asılı olsunlar”. ABŞ-ın təşəbbüsü ilə yaradılan “Demokratik İttifaq”ın Moskva təmsilçisi Abd Salam Əli bildirib ki, Suriya probleminin həlli Rusiya və ABŞ-ın əlindədir: “Amma əsas oyunçu Rusiyadır. Biz bunu dəqiq bilirik”. Ekspertlər hesab edir ki, burada Putin-Tramp razılaşmasını da unutmaq lazım deyil. Putinin Soçi görüşündən əvvəl Trapmla telefon əlaqəsi saxlaması da təsdiqləyir ki, Moskva ilə Vaşinqton arasında Suriya da daxil olmaqla dünya gündəmi ilə bağlı gizli razılaşmalar var.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info