“Rusiyaya qarşı sanksiyalara görə, Almaniyada on minlərlə iş yeri bağlanıb”
Tarix: 24.11.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Bundestaq üzvü Markus Fronmayer:
“Rusiya sanksiyalarına görə xeyli iş yerinin bağlanması ilə yanaşı, hətta bir çox müəssisələr müflis olub”

Bir müddət bundan əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı materiallarla rastlaşarkən, Moskvanın Avropaya xitabən söylədiyi “bu sanksiyalardan zərər çəkən siz, faydalanan isə bizik” bəyan etməsi mənə qəribə gəlirdi. Deyəsən, avropalı islahatçılar hansı sahilə üzəcəklərini artıq itiriblər. Bu, əksər Avropa ölkələrinin istehlak bazarlarındakı vəziyyət və işsiz ordusunun yaranmasında da müşahidə edilir.
“Almaniya dövləti Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 42 mindən artıq iş yerini itiib”. Bu fikirləri Rusiyanın “İzvestiya” nəşrinə verdiyi açıqlamada "Almaniya üçün alternativ” partiyasından olan deputat Markus Fronmayer bildirib. Onun sözlərinə görə, alman müəssisələrinin təxmini hesablamalarına görə Rusiya sanksiyaları ilə bağlı xeyli iş yerlərinin bağlanması ilə yanaşı, hətta bir çox müəssisələr müflis olub: “Aydın məsələdir ki, bu sanksiyalar Almaniya iqtisadiyyatına zərər gətirməklə yanaşı, ölkə vətəndaşlarının da rifahının yüksəlişinə mane olur.

Almaniyanın sabiq naziri sanksiyaların ləğvi şərtini açıqlayıb:
“BMT sülhməramlılarının Donbas bölgəsində yerləşdirilməsi sanksiyalar siyasətini nəzərdən keçirmək üçün əsas ola bilər”


Unudulmamalıdır ki, xarici bazarlarda satılan yüksəkkeyfiyyətli məhsulların satışı həmişə Alman iqtisadiyyatının əsasını təşkil edib”. "Almaniya üçün alternativ” partiyası adından çıxış edən Fronmayer deyib ki, təmsil etdiyi partiya həmişə bu sanksiyalara qarşı olub. Xatırladaq ki, bu ilin sentyabrında Bundestaqa keçirilən seçkilərdə səslərin 12.6 faizini toplayan “Almaniya üçün alternativ” partiyası bundestaqda üçüncü siyasi qüvvə kimi təmsil olunur. Almaniyanın keçmiş naziri Ronald Pofalla isə, "Peterburq dialoqu" forumunda deyib ki, BMT sülhməramlılarının Donbas bölgəsində yerləşdirilməsi Rusiya ilə əlaqədar sanksiyalar siyasətini nəzərdən keçirmək üçün əsas ola bilər: “Əgər, bu gün “mavi dəbilqə”lilərin Şərqi Ukraynanın ərazisində yerləşdirilməsi məsələsi həll olunarsa, bu, bölgədə açılan atəşin yerini, hansı tərəfdən atıldığını müəyyən etmək problemini həll edəcək. Təbii ki, bu məsələ sanksiyaların aradan götürülməsi üçün başlanğıc nöqtəsi ola bilər”. Qeyd edək ki. Rusiyanın dövlət başçısı Vladimir Putin də bir müddət bundan əvvəl verdiyi açıqlamada demişdi ki, BMT sülhməramlılarının Ukraynaya göndərilməsi ideyasını dəstəkləyir. Rusiya prezidenti burada söhbətin ATƏT əməkdaşlarının təhlükəsizlik funksiyası ilə bağlı olduğunu bildirərək, sülhməramlıların başqa ərazilərdə deyil, məhz demarkasiya xəttində olmalarının əsas şərt olduğunu qeyd etmişdi. Yeri gəlmişkən qeyd edək ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkədə siyasi böhranın tənzimlənməsində vasitəçilik səylərini davam etdirir. “Bild” qəzeti dövlət başçısının Xristian-demokratik İttifaqı (XDİ), Xristian-sosial ittifaqı (XSİ) və Almaniyanın sosial-demokrat partiyası (ASDP) rəhbərlərini Berlində ümumi görüşə dəvət etdiyi barədə məlumat yayıb. Ştaynmayerin Angela Merkel, Horst Zeehofer və Martin Şultsla görüşünün noyabrın 27-si və ya 28-də “Bellevue” sarayında baş tutacağı gözlənilir. Almaniyada XDİ, XSİ və ASDP-dən ibarət hökumət ittifaqını “böyük koalisiya” adlandırırlar. Bu yaxınlara qədər “böyük koalisiyanın” nazirlər kabinetini formalaşdırmaq variantı nəzərdən keçirilmirdi. Lakin Merkelin digər partiyalarla koalisiya barədə razılıq əldə edə bilməməsi və ölkənin təkrar seçkilər astanasında dayanması səbəbindən vəziyyət dəyişib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info