Moskvada saxlanılan amerikalı diplomat “persona-non qrata” elan edilib
Tarix: 16.05.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı Foql Rayan Kristoferi “persona-non qrata” elan edərək, onun tez bir zamanda ölkəni tərk etməsini tələb edib. Bu barədə Rusiya XİN bəyanatla çıxış edib. “ABŞ-ın Moskvadakı səfiri M.Makfol insidentlə bağlı Rusiya XİN-nə çağırılıb. Rusiya tərəfi Foqlu “persona-non qrata” elan edib və onun tez bir zamanda ölkəni tərk etməsini tələb edir”- deyə Rusiya XİN açıqlamasında bildirilir.
Xəbər verildiyi kimi, Rusiya əks-kəşfiyyatı ötən gecə ABŞ-ın Moskvadakı səfirliyinin 3-cü katibi adı altında fəaliyyət göstərən Amerika casusunu ifşa edib. ABŞ Dövlət Departamenti isə ümid edir ki, Amerika səfirliyinin əməkdaşının Moskvada saxlanılması Rusiya ilə münasibətlərə xələl gətirməyəcək. Bununla belə, Dövlət Departamenti məsələnin təfərrüatlarını şərh etməkdən boyun qaçırır. “Mən yalnız onun saxlanıldığını, sonra isə buraxıldığını təsdiq edə bilərəm. Məsələ ilə bağlı məndə başqa bir məlumat yoxdur” - deyə Dövlət Departamentinin sözçüsü Patrik Ventrel deyib. Hadisənin ikitərəfli münasibətlərə mənfi təsiri ilə bağlı suala Patrik Ventrelin cavabı isə belə olub: “Biz Rusiya ilə geniş məsələlərə dair əməkdaşlıq edirik və bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info