Yüksək miqdarda yağlı və şəkər tərkibli qidalara vergi tətbiq edilməlidir
Tarix: 25.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Avropa Spirtsiz İçkilər Dərnəyi orta məktəblərdə şəkər tərkibli içkilərin satışının dayandırılmasını tələb edir
Uşaqlıq dövründə düzgün qidalanma, sağlam böyüməklə yanaşı, həm də uşaqlıqda müşahidə edilən artıq çəki, diabet və astma kimi xəstəliklərdən qorunmaq baxımından önəm daşıyır. İngiltərə Psixologiya Assosiasiyası tərəfindən nəşr olunan "Davranışın dəyişdirilməsi: Uşaqlıq dövrü qidalanması" adlı hesabatda, uşaqlıq dövründə əldə edilən yemək vərdişlərinin yetkinlik dövründə qidalanmaya böyük təsir göstərdiyinə diqqət çəkilib. Hesabata görə, uşaqlıq dövründə formalaşan yemək vərdişləri - ağır çəki, ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi bir çox xəstəlikdən qoruya və yaxud bu xəstəliklərə yol aça bilər.
Hesabata görə İngiltərədə 10-11 yaşlarında olan uşaqların 75 faizi tövsiyə edilən miqdardan daha çox yağ istehlak edir. Digər tərəfdən 9-11 yaşlılar arasındakı uşaqların böyük əksəriyyəti tövsiyə edilən miqdarın yarısından da az miqdarda tərəvəz və meyvə yeyir. Hesabatda, eyni zamanda İngiltərədə uşaqların yüksək miqdarda şəkər və duz istehlak etdiyini göstərən araşdırmalar da öz əksini tapıb.
Hesabatda göstərilir ki, istehsalçıların məhsullardakı yağ, şəkər və duz miqdarını azaltmaları və ya yüksək miqdarda yağ ehtiva edən, şəkərli və duzlu qidaların tərkibini daha açıq bir şəkildə məhsulun “etiketində” qeyd etmələri üçün dövlətin təzyiq göstərməsi vacibdir.
Hökumətin, həmçinin yüksək miqdarda yağ və şəkər ehtiva edən qidalara tətbiq olunan vergini artıracaq qanuni tənzimləmələr etməsinə çağırışı edilib. Eləcə də uşaqların sağlam və tarazlı qidalanması üçün bu sahədə düzgün normalara riayət edilməsi ilə bağlı valideyn proqramlarının yaradılması tövsiyə edilir.
Surrey Universitetinin səhiyyə psixologiyası üzrə professoru Jane Ogden bildirib ki, hökumətin müdaxiləsi və qida sənayesi ilə birlikdə hüquqi və struktur dəyişiklikləri, evdə daha sağlam bir mühiti dəstəkləyəcək valideyn proqramları və məktəb əsaslı müdaxilələr uşaqların qida haqqındakı düşüncələrini, qida seçimlərini dəyişdirə bilər: “Nə qədər şəkər tərkibli içkilərə müxtəlif ölkələrdə əlavə bir vergi tətbiq olunsa da, qidalarda yağ və duz nisbətini nəzarət altına almaq məqsədilə tətbiq olunan bir vergi yoxdur. Bunun məsuliyyəti ərzaq istehsalçılarına aiddir. Ərzaq istehsalçıları dad və xərc arasında tarazlığı qoruyub saxlamaqla istehlakçı reaksiyası ilə qarşılaşmadan tədricən öz məhsullarını dəyişməlidirlər”. Qeyd edək ki, bu ilin iyun ayında Avropa Səhiyyə Nazirləri Şurası üzv ölkələrin ilin sonuna qədər qida tərkibini yaxşılaşdırmaq üçün milli planlarını təqdim etmələrini tələb edib. Hesabatda həmçinin göstərilir ki, məktəblərdə şəkərli, qazlı içkilər və qəlyanaltıların satışı qadağan edilməlidir. Avropa Spirtsiz İçkilər Dərnəyi (UNESDA) açıqlamasında qazlı və qazsız içkilərdə 2000 və 2015-ci illərdə əlavə şəkər istifadəsini 12 faiz nisbətində azaltdığını bildirib və 2020-ci ilə qədər məhsullarındakı əlavə şəkər miqdarının daha 10 faiz azaldılmasını təkilif edib. UNESDA, həmçinin 2018-ci ilin sonuna kimi Avropa Birliyi daxilində orta məktəblərdə şəkər tərkibli içkilərin satışının dayandırılmasını tələb edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info